Arxiv
15 İyun 2020, 09:53 | MƏDƏNİYYƏT
Amalya Pənahovanın SEVGİ DÜSTURU

Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının məhum Xalq artisti Amalya Pənahovadan illər öncə aldığı və indiyə kimi internet mediada yayınlanmayan müsahibəni təqdim edir.

Bu gün – 15 iyun tarixi mərhum sənətkarın doğum günüdür...

***

Hüsnünün gözəlliyini  pozmağa illərin gücü çatmayıb. Nənə olmağını da bu görünüşünə  heç cür yaraşdırmaq olmur. Xanım-xatınlığı,  səliqə-sahmanı da öz yerində...

Öncə müsahibimdə  istədiyim ovqatı  sezmirəm.Üzündə axtardığım ifadə  sevgi söhbətinə  “yaşıl işıq” yandırmalıydı. Amma niyyətimdən xəbər tutunca çöhrəsi dəyişir, işıqlanır  elə bil...

- Vallah, məncə, mövzu bir qədər mücərrəddi... Hər kəs sevgini özü bilən kimi qəbul eləyir, o cür də yaşayır. Konkret resept yoxdu axı...

 
 - Amalya Pənahova sevgini necə yaşayır? 

 
   ...Gülümsəyir.


- Deyirlər, sənətkarların  həyatı başqalarından fərqli olur. Bunu sevgiyə də aid etmək olar? 

 
- Mən elə deməzdim. Sənətkarlar daha həssas, daha duyğuludu, öz həyatına daha tələbkardı. Amma bu, o demək deyil ki, kimdənsə fərqlənirlər. İnsan insanlığında, duyğular da öz yerində qalır. Düzdü, bu hisləri bəziləri yavaş-yavaş yadırğayır. Ümumiyyətlə,  sevənlər bir-birindən fərqlənirlər: biri güzəştə getməyi bacarır, biri tez-tez vurulur, başqa birisi məhəbbətinə ömür boyu sadiq qalır.


- Siz hansılardansız?

 
- Hislərim daimidi. Nifrətim də, sevgim də ömürlük olur. Münasibətimdə orta vəziyyət yoxdu. Yoldaşımla tanış olanda 17 yaşım vardı. Birinci kursda oxuyurdum. O isə Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi. Məni görəndən sonra təzədən İncəsənət İnstitutuna sənəd verdi. Bir yerdə oxuduq. Əvvəlcə dost olduq, sonra münasibətlərimizin yönü dəyişdi. Nişanlandıq, 66-cı ildəcə evləndik...

 
- Sizcə, bütün belə dostluqlar sevgiyə gətirib çıxarır?

 
- Yox. Ona qalsa, rəfiqələrimdən çox, dostlarım var. Dostlarımla mənimki daha yaxşı tutur.

 
 - Kişilərdə üstün nədir ki?

  
- Nə bilim, qadınlar bir az məişət xırdalıqlarına gedəndi. Görürsən, nə qədər səmimi olsalar da, paxıllıqdan, kin-küdurətdən uzaqlaşa bilmirlər. Düzdü, kişilərdə də bəzən belə xüsusiyyətlər olur, amma azdı...


- Üzdə olan, tanınan, gözəgəlimli  xanımlar həmişə sevilirlər. Yəqin, sizi sevənlər də çox olub?

 
- Nə deyim, çox olub. Amma onlara elə də əhəmiyyət verməmişəm. Qadından çox şey asılıdı. Kişilər çox bic olurlar, xoşladıqları qadını əvvəlcə yoxlayıb, sonra qarmaq atırlar. Görsələr, tora düşən deyil, sakitcə aradan çıxırlar. Əlbəttə, camaat arasında tanınıram, adım-sanım var. Bu elə-belə şey deyil. Bəlkə də, özümü bəyənməyənlər adıma görə mənə vurulurlar. Amma bütün bunlar heç vaxt həddini aşmayıb. Birincisi, yoldaşım məni bir dəqiqə də olsun, gözündən kənara buraxmayıb. Həmişə diqqətli olub, yan-yörəmdə fırlanıb. Çoxunun arzusunu ürəyində qoyub. Yaxşı ki, belədi, bəlkə də, başqa cür olsaydı, indikindən daha çox düşmən qazanardım.

 
- Qadın sevməsə də,  sevilmək  xoşuna gəlir. Siz necə fikirləşirsiz?

(Gülümsəyir)


- Əvvəl sənətimə pərəstiş eləyirlər, sonra da özümə. Amma bu pərəstişdən bir addım da o yana keçmir. Heç vaxt kişilərin qarşısında əzilib-büzülməyi xoşlamamışam. Yəni özümü bir qadın kimi təqdim eləməyi sevmirəm. İstəmirəm, məni ancaq qadın olduğumçün sevsinlər. Yüngül məhəbbət macəralarıyla aram yoxdu. Belə şeylərə heç vaxt yol verməmişəm.


- Təmənnasız- filansız sevənlər də ola bilərdi...


- Kiməsə bu dərdi vermək istəməzdim. Çünki sevgi ağrısı yaman şeydi. Xüsusilə, gənclərdə olur belə sevgi. Elələri olub ki, yüz dəfə gəlib tamaşamda oturub. Bilmişəm ki, o cavanın nəzərləri məndədi. Amma bu diqqəti də, çiçəkləri də, məhəbbət məktublarını da ancaq sənətimə aid eləmişəm.  Evliydim axı. Çox erkən ailə qurmuşdum. 20-21 yaşımda olanda uşaqlarım vardı.


- Buna görə peşman deyildiz? 

 
- Yox!  Xoşbəxt idim.

 
 - Yəni  axtardığınızı tapmışdız...


- Axtarmamışam. Axtarsaydım, yəqin ki, belə yaxşısı qarşıma çıxmazdı. Görünür, qismətimmiş. Bəlkə, alınmasaydı, yenə də ömrümün axırına qədər ona sadiq qalardım. Duyğuların dəyişkənliyini qəbul eləyə bilmirəm. Ümumiyyətlə, dəyişkənliyi sevmirəm. Qınayan olmasa, paltarımı, saçlarımın düzümünü də həmişə olduğu kimi saxlayaram.


- Belə eynilik sizi bezdirməzdi?


- Qətiyyən! O mənimki olur, özümünküləşir. Sənətim rəngarəngdi. Bu, məni heç vaxt yorulmağa qoymur. Hətta, bir tamaşanı dəfələrlə oynamaqdan da usanmıram. Təsəvvür eləyin, “Büllur sarayda” əsərində   600-dən  çox, “Sən həmişə mənimləsən” tamaşasında isə 700 dəfə oynamışam.


- 700 dəfə Nargilə olub, Həsənzadəyə vurulmaq... Sonra təzədən Amalya olmaq çətin deyilmi?


- Sənətin mürəkkəbliyi də bundadı. Səhnədə hər ölənlə ölsən, day səndə can qalmaz ki...100-dən çox  sevən qadın obrazı yaratmışam. Onda belə çıxır ki, mən hər bir qadının sevgisini yaşamalıyam? Düzdü, məşq prosesində obrazın həyatıyla yaşayırsan, sevirsən. Amma sənətin peşəkarı olmaq lazımdı ki, səhnədən sonra özünə qayıdasan.

 
 - Nargiləni oynayanda peşəkar deyildiz  axı?


- Düzdü. O vaxtlar  televiziyada “Yeniyetmələr” adlı ərəb filmi gedirdi. Film mənə necə təsir eləmişdisə, özümə gələ bilmirdim. Filmin ruhu mənə o qədər yaxınıydı ki... Elə həmin vaxtlar İlyas Əfəndiyevin  “Sən həmişə mənimləsən” əsəri səhnəyə qoyuldu.  Nargiləni o filmin təsiri altında oynadım. “Yeniyetmələr” mənə Nargiləni kəşf eləməkdə açar oldu. Günü-gündən bu qızın taleyi məni düşündürürdü. Çünki eyni yaşdaydıq. Onun problemi, hisləri mənə də yaxınıydı.

 
 - Nargiləni belə duya-duya Həsənzadəyə gerçəkdən vurula da bilərdiz?

 
 - Yox, belə şey olmazdı. Həsənzadəni böyük sənətkarımız Əli Zeynalov oynayırdı. Məndən çox yaşlıydı. Həm də həyatda başqaydı. Ona görə də onu sevmək heç ağlıma da gəlməzdi. O mənimçün ancaq səhnədə Həsənzadə, həyatdasa Əli Zeynalov idi.


- Səhnədəki sevgi yoldaşınızda qısqanclıq yaratmırdı?


- Yox, məşqlərimə də gəlirdi. Bilirdi ki, bu mənim sənətimdi. Yusif özü də bu sənətdən xəbəri olan adamıydı. Uzun müddət radioda diktor işləyib. Əməkdar artistdi. Amma sözsüz ki, sevən bir kişi kimi narahat olmaya bilməzdi... “Sürüşkən” qadınlar da oynamışam. Bilirəm, məni başa düşür. Heç bir qadağa-filan qoymur. Amma etiraf eləyir ki, bəzən ürəyilə bacara bilmir. Çox vaxt belə qısqanclıqlara ağlı ilə üstün gəlir.


- Bunu bacarmaq hər kəsin işi deyil...


- Bəs necə?! Mən, bəlkə də, o duyğuların ağrısını gəzdirə bilməzdim. Yusif böyük insandı...


- Ürəyinin gizli küncündə də olsa, qısqanan bir əri, yəqin ki, “Babək” filmindəki rolunuz özündən çıxarmaya bilməzdi...


- Bilirəm, yataq səhnələrini nəzərdə tutursuz. Həmin səhnənin çəkilişində ən az 30 nəfər olur: işıqçı, qrimçi, rejissor, aktyorlar, operator, fəhlələr... Hər tərəfdən sənə nəzərlər tuşlanır. Burda sənətin sirləri işə düşür. Gözbağlayıcı fəndlərdən istifadə olunur. Əgər öpüşürüksə, bu, həqiqi öpüş deyil. Xarici filmlərdən fərqli olaraq, bizdə tamaşaçılar aldadılır. O vaxt bu rolun açıq-saçıqlığına görə söz-söhbət çox oldu.  Amma bu səhnə lazımıydı. Hələ biz çox şeyləri Azərbaycan mentalitetinə görə açıb-ağartmadıq. Xürrəmilərdə sevgi azad olub axı...


  - Azad qadın rolunu oynayan Amalya xanım üçün sevgi azadlığı nədi?


- Könül xoşluğu. Sevgidə məcburiyyət yoxdu. Amma ailəsi, uşağı olan adamın sevgi azadlığı axtarmasına tərəfdar deyiləm. Hər kəsin ən azı körpələri qarşısında məsuliyyəti olmalıdı. İnsan gərək öz hislərinə hardasa qadağa qoysun. Azərbaycanın öz qayda-qanunları var. Azadlıq anarxiya, dəlilik deyil axı. Ailədə ata birini, ana başqa  birini sevsə,  bunun axırı hara gedib çıxar? Onların uşağı ya “turemşik” olacaq, ya da nəşəxor...

 

1998


Səfurə Çərkəzqızı,
“Sevdalılar”

***

REDAKSİYADAN: Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutub.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdi.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15