Modern.az

Beynəlxalq Olimpiadada Azərbaycanın Ermənistan üzərində 5 QAT ÜSTÜNLÜYÜ

Beynəlxalq Olimpiadada Azərbaycanın Ermənistan üzərində 5 QAT ÜSTÜNLÜYÜ

Təhsil

23 İyun 2020, 17:30

Beynəlxalq Fizika Olimpiadası ilk dəfə 1967-ci ildə keçirilməyə başlayıb.

Modern.az xatırladır ki, fənn Olimpiadası 1967-1991-ci illərdə Sovet İttifaqının hegemonluğu ilə keçirilib. Yeniyetmə və gənc fiziklər Sovet ittifaqı üçün 41 qızıl medal qazanıblar.

 

Hazırda Fizika Olimpiadalarında ən çox qələbə qazanmış ölkə Çin hesab olunur. Çinlilər 131 qızıl medala sahibdirlər. Bu göstəriciyə görə Rusiya 2-ci (77 qızıl medal), Cənubi Koreya isə 3-cü (74 qızıl) pillədə qərarlaşıb.

Keçmiş Sovet respublikaları 1992-ci ildən Fizika üzrə Beynəlxlaq Olimpiadalarda iştirak edirlər. 1992-2019-cu illərdə Rusiya 77, Ukrayna 18, Qazaxıstan 13, Belarus 12, Azərbaycan 5, Gürcüstan 2 və Moldova 1 qızıl medal qazanıb.

 

Maraqlıdır ki, fizika üzrə qızıl medal sayına görə Azərbaycan Ermənistanı (1 qızıl medal) 5 qat üstələyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı