Arxiv
26 İyun 2020, 16:13 | PARLAMENT
Hərbi xidmət keçmiş deputatlar: “İndiki gənclər daha şanslıdırlar”

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı tamam olur.

Milli Məclisin hərbi xidmət keçmiş bəzi deputatları Modern.az-a özlərinin əsgərlik dövünü xatırlayıb, indki gənclərin daha şanslı olduğunu qeyd ediblər.


Deputat Məşhur Məmmədov əsgərlik dövrünün hər bir kişinin həyatında xüsusi rol oynadığını qeyd edib:


“Rusiyanın Kirov vilayətində hərbi xidmət keçmişəm. Qeyd edim ki, əsgərliyə yeniyetmə kimi gedib kişi olaraq qayıdırıq. Əsgərlik müddətinin içərisində hər şey var. Boşuna “kişilik məktəbi” demirlər. İnsana hər şeyi öyrədir. Nə qədər çətin olsa da, hərbi xidmət dövrü hər bir kişinin həyatında xüsusi rol oynayır. Çox sevinirəm ki, bu gün müstəqil Azərbaycanın güclü ordusu var. Düşünürəm ki, bu gün Azərbaycan ordusunda xidmət etmək daha qürurludur. Çünki öz vətənimizi, torpağımızı qoruyuruq. Mənə elə gəlir ki, indiki gənclərimiz daha şanslıdırlar. Çünki müstəqil Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Bütün gənclərimizə ordumuzda fəxrlə xidmət etməyi və qalib ordunun əsgəri olmağı arzulayıram”.


Deputat Vüqar İsgəndərov da Rusiya ərazisində hərbi xidmət keçmiş deputatlardandır:


“Mən də əsgərlikdə olmuşam. Moskvada hərbi xidmət keçmişəm. Kişi həyatında hərbi xidmət unudulmur.
Çox şükürlər olsun ki, bu gün öz ordumuz var. 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətlə başda Ali Baş Komandan olmaqla, bütün şəxsi heyəti təbrik edirəm. İnşallah gün  gələcək, bugünkü ordumuz torpaqlarımızı da işğaldan azad edəcək. Hesab edirəm ki, hər bir kişinin hərbi xidmət keçməsi vacib məsələdir. Hərbi xidmətdən qayıdan insan özünü tam olaraq həyatda tapa bilir. Hərbi xidmət keçən gəncin xarakterini anlamaq daha asan olur. O, artıq formalaşmış gənc kimi geri qayıdır. 102 yaşlı ordumuzu ürəkdən təbrik edirəm. Hər zaman ordumuza zirvələrdə olmağı arzulayıram”.


Deputat Tural Gəncəliyev ehtiyatda olan zabit kimi fikirlərini bu cür ifadə edib:


“Bakı Dövlət Universitetini bitirəndən sonra ehtiyatda olan zabitlər üçün kurs təşkil edildi. Həmin kursların toplantılarında iştirak etmişəm. O da hərbi xidməti əvəz edir.
26 iyun tarixi ilə bağlı onu deyə bilərəm ki, ordumuz bizim qürur yerimizdir. Bu gün Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində  diplomatik çözüm yolları axtarılır. Konstruktiv mühitə uyğun olaraq danışıqlar davam etdirilir. Müstəqil ordumuz arxamızda enerji və gücdür. Ordumuz 1918-1920-ci illərdə öz gücünü göstərərək, Dağlıq Qarabağdakı terrorçu və daşnak qüvvələrini təmizlədi. Vaxt gələcək bugünkü ordumuz da öz gücünü göstərəcək. Biz buna əminik”.


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov daha əvvəllər Modern.az-a müsahibəsində keçmiş SSRİ ordusunun tərkibində Əfqanıstan müharibəsində iştirak etdiyini deyib. Həmçinin bildirib ki, Qarabağ müharibəsinin də veteranıdır:


“Bu haqda geniş danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar, o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də  sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09