Modern.az

Azərbaycanda benzin bahalaşdı - YENİLƏNİB

Azərbaycanda benzin bahalaşdı - YENİLƏNİB

1 İyul 2020, 08:30

İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artıb.

Modern.az xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.

SOCAR-ın İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib ki, bahalaşma dünya bazarında Aİ-95 benzininin qiymət artımı ilə bağlıdır: "Çünki benzinin bu markası ölkəyə idxal olunur".

Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI