Arxiv
26 May 2012, 13:08 | İQTİSADİYYAT
Baxdığınız telekanallar sizi nə ilə cəlb edir? - MARAQLI

Hansı telekanallara baxırsınız, niyə, onlar hansı xüsusiyyətlərinə görə sizi cəlb eləyib? Modern.az saytının əməkdaşı bu sualla respondentlərə müraciət edib. Cavablara baxaq...

“Xalq Cəbhəsi “ qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli həm yerli, həm də xarici telekanalları izlədiyini söylədi: “Yerli telekanallardan daha çox İctimai TV, “Lider”, “Xəzər”, ANS TV-ni, xaricilərdən isə CNN, “Euronews”, NTV Türkiyə, NTV Rusiya kanallarını daim diqqətdə saxlayıram. Hər telekanalda bir neçə xoşuma gələn veriliş olduğu üçün izləyirəm. İctimai TV-nin əksər proqramlarını, xüsusilə də analitik proqramlarını, “Xəbərlər”i, “Yeni gün”ü, “Lider”  TV-nin analitik proqramlarında beynəlxalq məsələlərə həsr olunmuş təhlilləri, ANS-in “Xəbərçi”sini, “Xəzər” TV-nin analitik proqramlarını izləməyə çalışıram“.

Media eksperti Azər Həsrət daha çox Türkiyə telekanallarına baxır: “Avropa kanallarından isə tez-tez “Euronews”a baxıram. Azərbaycan kanallarından baxdığım yalnız İTV-dir. Digərlərinə nadir hallarda baxıram. Türkiyə kanallarındakı fikir plüralizmi diqqətimi çəkdiyi üçün onlara üstünlük verirəm. “Euronews”da isə dünya xəbərlərini izləmə imkanım olur. Çox zaman Azərbaycan kanallarında nələr verildiyindən heç xəbərim də olmur. Təbii ki, günah məndə deyil, o kanalların özündədir. Tamaşaçını itirmək onların problemidir”.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı həm yerli, həm də xarici kanalları izlədiyini dedi: “Yerli kanallardan İTV-ni, ANS-i, ölkədışından isə daha çox Türkiyə, qismən də digər türksoylu xalqlara məxsus TV-ləri, habelə gərəkli məqamlarda rus kanallarını izləyirəm. Özəllik məsələsinə gəldikdə, sizə deyim ki, burada daha çox doğruluq, tərəfsizlik əmsalı yuxarı olan bilgi əldə etmə öndə dayanır. Türk Dünyası ilə bağlı olayları, türk xalqlarının tarixi, etnoqrafiyası, bugünü və sabahı ilə bağlı maraqlı məqamları qaçırmamaq istəyini də  vurğulaya bilərəm. Bir də, doğal olaraq, ədəbiyyata, sənətə xidmət edən verilişlərə biganə qala bilmərəm”.

Yazıçı, kulturoloq Aydın Xan Əbilov isə heç bir TV kanalını izləmədiyini söylədi: “Mən telekanallara baxanlardan yox, ekspert kimi pulsuz-parasız çəkilənlərdənəm. Azərbaycan efiri biabırçı durumdadır və əgər intellektual-estetik səviyyənizi qorumaq istəyirsizsə, televiziyanı özünüzə qadağan edin!“ .

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay ümumiyyətlə TV-yə baxmadığını qeyd etdi: “Mən TV-lərə baxmıram. Bəzən rus kanallarından bəlgəsəlləri izləyirəm”.

Yazıçı, publisist Həmid Herisçi tam olaraq yerli TV-lər haqqında danışmadı: “Mən səhərlər adətən daha çox klassik musiqi verən “İNTERMEZZO” telekanalına baxıram”.

Jurnalist Elşad Məmmədli Azərbaycan telekanallarına demək olar ki, baxmadığını söylədi: “Çox az hallarda hansısa verilişə peşə fəaliyyətim tələb etdikdə zorən baxıram. Çünki yerli televiziyalarda ciddilik və yaradıcılıq görmürəm. Ritorik səslənsə də, Azərbaycan telemekanında yalnız "Qulp" verilişini ciddi hesab edirəm. Çünki orada Mübariz bəy müəyyən sözləri zarafata salıb deyir. Necə deyərlər, sözün düzün zarafatda deyərlər. Ölkədə və dünyada baş verənləri internetdən və müstəqil qəzetlərdən oxuyuram. İş-gücdən vaxtım olanda bir neçə xarici telekanala baxıram: Türkiyənin NTV və "Yaban TV" kanalına, Rusiyanın “Vesti” kanalına”.

Söz Azadlığı Müdafiə Fondunun əməkdaşı Nəzirməmməd Zöhrablı telekanalları izləyir: “Xarici kanallara nadir hallarda baxa bilirəm. Yerli kanallardansa əlahiddə şəkildə daimi tamaşaçısı olduğum demək olar ki yoxdu. Xoşladığım, təqdir etdiyim verilişlər var. Onların sayı da barmaqla sayılacaq qədərdi. Xəbərlərə əsasən İTV, ANS, “Xəzər”  kanallarında baxıram. Düzdü, təkrarçılıq - hətta əksərən təqdimatlarında da belə təkrarçılıq adamı yorur. Təkrarçılıqlardan bezəndə "həmin vaxtda niyə bir xarici ədəbiyyat oxumadım?" deyə heyfsilənirəm.
Mövzularının dəyərliliyinə görə İTV-nin “Ortaq Məxrəc”, "Səhər sovqat"ı verilişinin daimi tamaşaçısıyam. ANS-in "Ağıl dəryası" intellektual verilişinə mütləq uşaqlarımla birgə baxmağa çalışıram. Şou proqramlardan Murad Dadaşovun bəzi verilişlərini xoşlamışam. Bu şoumenin intellektual tutumundan lazımınca istifadə olunmadığı qənaətindəyəm. Fikrimcə, onu Azərbaycanın tarixinə dair proqramların intellektual-şou variantlarına cəlb etsələr, yaxşı nəticə alınar. O özü də bu zaman Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərinin XX əsrin əvvəllərindən də uzaqlarda olduğunun fərqinə varıb, intellektual-şou calağı ilə insanları daha çox maarifləndirə bilər. Azər Axşamın verilişləri nisbətən maraqlı alına bilər. Əlbəttə ki, qoyulan mövzular "mahnıların sözlərini tərsinə oxumaq" sindromundan xilas ola bilsə. Verilişlərin ən böyük çatışmazlığı isə müğənni həyatı, müğənni baxışlarından o tərəfə keçə bilməməsindədir. Qaldı ki, "toy, evlənmək verilişləri, kral seçkiləri"nə həsr olunan proqramlara, mənim onlara sərf olunan vəsaitlərə, onlara itirilən dəqiqələrə, saatlara heyfim gəlir“.

Yazıçı Zümrüd Yağmur yerli TV-lərə baxmır, milli kanallardakı şou proqramları səviyyəsiz hesab edir: “Rus və Türkiyə kanallarını izləyirəm. Çünki bu kanallardan mənə maraqlı olan həm ictimai, həm də siyasi, eləcə də ədəbi proqramlar verilir. Eyni zamanda qadın problemlərini özündə əks etdirən, ciddi müzakirələrin getməsi ilə dəyərli fikirlərin ortaya çıxmasını izləmək daha məqsədəuyğundur, deyə düşünürəm”.

“Yeni Musavat” qəzetinin baş readaktoru Rauf Arifoğlu işdə olanda da televiziya kanallarını açıq tutmağa çalışdığını söylədi: “Xəbər məkanından məlumatım olsun deyə, daim izləməyə çalışıram. Əsasən xəbər yayımı olan TV kanallarını izləyirəm. Xarici kanalları da vaxt tapdıqca izləyirəm. Yerli kanalların isə bildiyimə görə xəbər texnikaları yoxdu və o baxımdan da ancaq məlumat yayan bəzi saatlarda izləməyə çalışıram. Bir də həftə ərzində Türkiyə telekanallarından bəzi seriallara baxıram. Məsələn, elə “Kurtlar Vadisi Pusu” serialıını deyə bilərərm” .

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13 “Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO 20 Fevral 2020, 17:07 Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI 20 Fevral 2020, 17:01 Azərbaycana keçirilən erməni malları MƏHV EDİLDİ - FOTOLAR 20 Fevral 2020, 16:56 Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ 20 Fevral 2020, 16:51 İşğalçıya tarixi dərs 20 Fevral 2020, 16:48 “Azəriqaz”da struktur dəyişikliyi - Yeni departament yaradıldı 20 Fevral 2020, 16:43 Prezidentlər mətbuata bəyanatla çıxış etdilər - FOTO 20 Fevral 2020, 16:37 MSK-dan Musa Quliyevin lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 16:35 Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO 20 Fevral 2020, 16:30 Azərbaycana gətirilən qidalarda nöqsanlar aşkarlandı 20 Fevral 2020, 16:24