Modern.az

İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi

İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi

2 İyul 2020, 18:13

İtaliyanın cənubunda Neapol Gömrük Mühafizə Polisi Suriyada İŞİD tərəfindən istehsal olunan 14 ton narkotik həb ələ keçirib. Bu, dünyada indiyə qədər bir dəfəyə ələ keçirilən ən yüksək miqdarda amfematin həbidir.

 

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Neapol Gömrük Mühafizə Polisinin verdiyi açıqlamada qeyd olunur.

Neapol Prokurorluğu tərəfindən Salerno Limanında baş tutan əməliyyatda ələ keçirilən 84 milyon amfematin həbinin Suriyadakı İŞİD silahlıları tərəfindən təşkilatı maliyyələşdirmək üçün istehsal edildiyi bildirilir. Bu qədər böyük miqdarda amfematin həbinin qanunsuz satışının təşkilatı 1 milyard avrodan çox maliyyə ilə təmin edə biləcəyi vurğulanır.

 

Mənbə qeyd edir ki, Neapol şəhərindən təqribən 50 kilometr cənubda, Salerno limanına gələn, hündürlüyü təxminən iki metr və diametri 140 sm olan üç fərqli konteynerdən çıxan həblər xüsusi cihazlar vasitəsilə aşkarlanıb.

Ölkə mətbuatına açıqlama verən İtaliya hökuməti İŞİD-in fəaliyyətinin Suriyada istehsal olunan narkotik qaçaqmalçılığı ilə maliyyələşdirildiyini və bununla da dünyanın aparıcı amfematin istehsalçısına çevrildiyini diqqətə çatdırıb.

Səlahiyyətlilər bu həblərin istifadəsinin İŞİD silahlıları arasında da məşhur olduğunu və bu dərmanların əvvəllər Parisdə təşkilata aid bir neçə evdə həyata keçirilən əməliyyatlarda aşkarlandığını qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi