Modern.az

AFFA yeni hakimləri təsdiq edib

AFFA yeni hakimləri təsdiq edib

Aktual

2 İyul 2020, 18:56

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

 

Modern.az AFFA-nın saytına istinadla xəbər verir ki, Rəşad Əhmədov Premyer Liqaya referi, Kamran Bayramov isə referi köməkçisi kimi təyinat alıb. Tural Qurbanov Birinci divizionda referi kimi ədaləti qoruyacaq. Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov referi köməkçisi olacaqlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır