Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı 680 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 680 mini keçdi

Dünya

5 İyul 2020, 11:49

Rusiyada son sutka ərzində daha 6736 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az-ın Rusiyada yaradılan Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 681 251 nəfərə çatıb.

 

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 161 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 450 750 nəfərdir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü