Modern.az

Mədəniyyət komitəsi üzvlərinin əsl ixtisası - Həkim, hüquqşünas, filoloq, tərcüməçi, mühəndis...

Mədəniyyət komitəsi üzvlərinin əsl ixtisası - Həkim, hüquqşünas, filoloq, tərcüməçi, mühəndis...

Parlament

6 İyul 2020, 11:45

Azərbaycan Respublikasının Milli Məclisini hazırda 121 deputat təşkil edir.

Parlamentdə 15 komitə var ki, onlar da müxtəlif sahələri əhatə edir.

Maraqlıdır, müxtəlif sahələri əhatə edən komitə üzvlərinin əsl ixtisası nədir?


Modern.az-
ın əməkdaşı Mill Məclisin deputat mandatlı üzvlərinin ixtisaslarını araşdırıb.

İlk olaraq palamentin Mədəniyyət komitəsinin üzvlərinin ixtisaslarını araşdırdıq:


Q
ənirə Paşayeva - Milli Məclisin Mədəniyyət komitəsinin sədri. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Yəni ixtisasca həm həkim, həm də hüquqşünasdır.


Fazil Mustafa -
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavinidir. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, ixtisasca hüquqşünasdır.


Aqil Abbas -
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Ülviyy
ə Ağayeva - Milli Məclisdə Mədəniyyət komitəsi ilə yanaşı, Elm və təhsil komitəsinin də üzvüdür. Deputat ixtisasca filoloqdur.


Novruz Aslanov -
Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron hesablama texnikası fakultəsində təhsil alıb. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.


Nizami C
əfərov - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Cavanşir Feyziyev -
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Tərcümə fakültəsində təhsil alıb və institutu tərcüməçi-müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. İxtisasca tərcüməçidir.


Ə
ziz Ələkbərli - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Ülviyy
ə Həmzəyeva - 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib. Əməkdar rəssamdır.


Sabir Rüst
əmxanlı - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Mixail Zabelin -
Azərbaycan Politexnik İnstitutunu mühəndis-hidreotexnik ixtisası üzrə bitirib. Daha sonra keçmiş Bakı Ali Partiya Məktəbini bitirərək, politoloq ixtisasına yiyələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?