Modern.az

Ermənistan əhalisinin 1%-i koronavirusa yoluxub – RƏSMİ

Ermənistan əhalisinin 1%-i koronavirusa yoluxub – RƏSMİ

7 İyul 2020, 10:53

Ermənistanda koronavirusa yoluxanların sayı daha 349 nəfər artaraq 29 285 nəfərə çatıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərin Profilaktikası və Nəzarəti Milli Mərkəzi açıqlama yayıb.

 

Son sutka ərzində 12 ölüm faktı qeydə alındığı üçün virusdan ölənlərin ümumi sayı 667 nəfərə çatıb. Sağalanların sayı 16 907, aktiv xəstə sayı isə 11 711 nəfərdir.

Xatırladaq ki, Ermənistan əhalisinin sayı 2,9 milyon nəfərdir. Hazırda yoluxma göstəricisinə əsasən, əhalinin 1%-nin rəsmən virusa yoluxduğunu bildirmək olar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?