Modern.az

Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı

Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı

Aktual

8 İyul 2020, 20:06

"ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq".

Modern.az xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp mətbuata müsahibəsində bildirib.

O, ölkədə pandemiya ilə mübarizənin səmərəli davam etdiyini deyib:

"Hesab edirəm ki, iki, üç, dörd həftə sonra biz növbəti dəfə görüşəndə, hər kəs daha yaxşı formada olacaq".

D.Tramp etiraf edib ki, pandemiya ilə bağlı məhdudiyyətlər yumşaldıldıqdan sonra bir çox ştatlarda, o cümlədən Kaliforniya və Floridada yoluxma sayında kəskin artım müşahidə olunub.



Qeyd edək ki, bu günədək ABŞ-da 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 131 mindən çox xəstə həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!