Modern.az

Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim...

Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim...

9 İyul 2020, 08:36

Azərbaycan Respublikasının Milli Məclisini hazırda 121 deputat təşkil edir. Parlamentdə 15 komitə var ki, onlar da müxtəlif sahələri əhatə edir.

Maraqlıdır, müxtəlif sahələri əhatə edən komitə üzvlərinin əsl ixtisası nədir?

Modern.az-ın əməkdaşı Mill Məclisin deputat mandatlı üzvlərinin ixtisaslarını araşdırmağa davam edir.

Bu dəfə parlamentin Gənclər və idman komitəsi üzvlərinin ixtisaslarını araşdırdıq:


Adil Əliyev
- Milli Məclisin Gənclər və idman komitəsinin sədri. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasında təhsil alıb. 1998-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 2004-cü ildə isə Bakı Dövlət Universitetində magistr təhsilini tamamlayıb.


Şahin İsmayılov
- Milli Məclisin Gənclər və idman komitəsinin sədr ümavini. Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, daha sonra həmin ixtisas üzrə magistr təhsili alıb.


Mahir Abbaszadə
- Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib, ixtisasca iqtisadçıdır.


Elnur Allahverdiyev
- Deputat ilk ali təhsilinə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində başlayıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində təhsilini davam etdirib.


Müşfiq Cəfərov
- Azərbaycan Dövlət Aqrar Universitetində aqrar istehsalatı iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra həmin universitetdə istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistr pilləsini tamamlayıb.


Jalə Əhmədova
– Əvvəlcə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq falütəsinə qəbul olunub, daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.


Sevinc Hüseynova
- Saratov Dövlət Universitetinin Tarix fakultəsini bitirib.


Vüqar İskəndərov -
Gürcüstanda Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsini bitirib. Eyni zamanda, ikinci ali təhsil kimi Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakultəsində oxuyub


Etibar Əliyev
- Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.


Cəbi Quliyev
- Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib.


Ülvi Quliyev
- Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


Könül Nurullayeva
- Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və beynəlxalq əlaqələr bölməsində həm bakalavr, həm də magistr dərəcəsi üzrə təhsil alıb.


Cavid Osmanov
-  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib.


Şahin Seyidzadə
- Azərbaycan Dövlət Pedaqoji Universitetində menecment ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.


Eldəniz Səlimov
-  Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı