Modern.az

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

9 İyul 2020, 15:03

Tanınmış araşdırmaçı Jurnalist Xədicə İsmayıl bəzi KİV-lərin onun koronavirusa yoluxduğu barədə xəbər yaymasından narazı qalıb.

Modern.az-ın məlumatına görə, jurnalist xəbərin yalan olduğunu deyib və əsassız informasiyanın yayılmasını cinayət adlandırıb.

“...yazıblar ki, koronavirusa yoluxmuşam. Həmişə yalan yazırlar e, o heç. Amma indi cinayət törədirlər. Belə yalan çıxan yoluxma xəbərlərinə görə adamlar məsuliyyətsiz yanaşır, inanmır virusa. Qısası, salamatam. Koronavirus testindən keçmək üçün belə heç bir səbəbim yoxdur, çünki maksimum qorunmağa çalışıram. Hamıya sağlamlıq arzulayıram”.

X.İsmayıl daha öncə özündən şübhələnərk, evdə sərt karantinə alındığını yazmışdı: “Yanlış alarmmış. Müşahidə etdiyim üç gün ərzində nə qızdırma, nə halsızlıq, nə boğaz acışması hiss etmədim. Heç bir narahatlıq yoxdur. Ehtiyatlı olmaqda həmişə fayda var. Sizi də narahat etdiyim üçün bağışlayın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi