Arxiv
9 İyul 2020, 21:09 | AKTUAL
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 8-də keçirilən monitorinqlər zamanı bir sıra pozuntular qeydə alınıb.  Belə ki Binəqədi rayonunda "Vimay-Med" Tibb Mərkəzində, Rəşad Nağıyevə məxsus “Toyuq mağazası”nda, Bəhruz Cəfərzadəyə məxsus ərzaq mağazasında, Vaqif Qocayevə məxsus çörək sexində, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “İnci elektrik”, “Okoban evi tikinti materialları”, “Termo ağlay” mağazalarında, “Gənclik market”də, “Kafe şüa”da, Əliəkbər Mirzəyevə məxsus “Bizim bazar”da, Səbail rayonunda “Az Granata” mağazasında, Bəsti Əliyevaya məxsus qarışıq mallar mağazasında, Elgün Dadaşova məxsus “Dönərxana”da, Elman Cəbrayılova məxsus “Çay evi”ndə, Suraxanı rayonunda “Halal market”də, “Elşən market”də, “24 saat market”də, “Aqil market”də, “Tatlı şirniyyat mağazası”ında, “Buta aptek”də, Sabunçu rayonunda “Buta market”də, “Al market”də, “Oba market”də, “Petektaş tikinti malları mağazası”nda, Saleh Əmrahzadəyə məxsus “1001 xırdavat” mağazasında, Xətai rayonunda “Era market”də, “Zeytun aptek”də, “Amal” firmasına məxsus süd məhsulları sexində, Tahir Abbasova və Pəri Hüseynovaya məxsus ərzaq mağazalarında, Qaradağ rayonunda “Uğur market”də, Sona Əliyevaya və Rövşən Xankişiyevə məxsus ərzaq mağazalarında, Nizami rayonunda “Tural market”də, “Naxçıvan lavaşı sexi”ndə, Anaxanım Məmmədovaya məxsus ərzaq dükanında, Elxan Nəbiyevə məxsus “Oboy mağazası”nda, Yasamal rayonunda “Roseland gül mağazası”nda, “Böyük Fırat restoranı”nda, “№1 Şaurma kafe”də, “Baker şirniyyat evi”ndə, Elnarə Şirinovaya məxsus “Zoo mağaza”da, Xəzər rayonunda “Rahat market”də, Nəsimi rayonunda “Novatar mağaza”da, Nemət İsmayılova məxsus qarışıq mallar mağazasında, Gəncə şəhərində “Euro inşaat” və “Mister dekor” mağazalarında, Qobustan rayonunda “Bol market” və “Qobustan market”də, Lənkəran rayonunda “Forsaj avtomobil ehtiyyat hissələri” mağazasında, “Seyidoğulları market”də, “Məkan”, “Türk Seramik”, “Zaman” mağazalarında, Füzuli rayonunda “Mandarin LTD”yə məxsus mağazada, Mətanət Dadaşova və Pərviz İbrahimova məxsus “Market”lərdə, Yevlax rayonunda “Araz-Oskar Market”də, Zahir Namazova məxsus tikinti mallarının satışı mağazasında, Esmira Misirxanovaya məxsus aptekdə, Qusar rayonunda “Çiçəyim” və “Optimal” mağazalarında, “Bistro” ictimai-iaşə obyektində, ümumilikdə, monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11 Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub 3 Avqust 2020, 17:05 Bu rayonlar sərt karantin rejimindən çıxarıldı 3 Avqust 2020, 17:02 241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55