Türkiyədə son sutka ərzində daha 18 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 300 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 50 103 nəfərdən 1 041-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 209 962 nəfərə çatıb. Müalicə olunan 2 897 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 190 390 nəfər koronavirusdan müalicə olunub".