Modern.az

Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək

Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək

10 İyul 2020, 00:44

Bu gün Çempionlar Liqasının koronavirus pandemiyası ilə bağlı fasilədən sonra bərpa olunacaq 2019/20 mövsümünün həlledici mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1/4, 1/2 final cütləri müəyyənləşəcək, həmçinin finalın nominal meydan sahibi bilinəcək.

Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Kor püşk zamanı səbətlər olmayacaq və eyni ölkə təmsilçilərinin qarşılaşması mümkün olacaq.

Püşkatmada 4 klub və 4 cüt iştirak edəcək. Bunlar cavab oyunları baş tutmayan 1/8 final cütləridir.

 
“Atalanta” (İtaliya)

“Atletiko” (İspaniya)

“Leypsiq” (Almaniya)

PSJ (Fransa)

“Çelsi” (İngiltərə) - “Bavariya”(Almaniya) cütünün qalibi

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi

“Lion” (Fransa) – “Yuventus” (İtaliya) cütünün qalibi

1/8 final cütlərində cavab matçları avqustun 7-8-də baş tutmalıdır. Həlledici oyunların hamısı Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunacaq.

Bir qarşılaşmadan ibarət 1/4 və 1/2 final görüşləri müvafiq olaraq avqustun 12-15-də və 18-19-da baş tutacaq. Final qarşılaşması isə avqustun 23-də keçiriləcək.

Qeyd edək ki, öncədən final oyunu Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan Çempionlar Liqası koronavirus pandemiyası üzündən martda dayandırılıb. (APA)

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi