Arxiv
11 İyul 2020, 17:06 | AKTUAL
Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Operativ Qərargahın brifinqində sosial sahə ilə bağlı səslənən suallara aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi davam edən 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyənlərdən ibarət aztəminatlı şəxslərin heç də hamısının 190 manat almamasına dair sual səslənib.

 

Bununla əlaqədar bildiririk ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aprel-may aylarında 600 min şəxs yaşayış minimumu qədər, yəni aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib.

 

Həmçinin 16 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) xüsusi karantin rejiminin davam etdiyi üçün həmin şəhər və rayonlar üzrə də 290 minə yaxın insana 190 manat məbləğində birdəfəlik formada ödəniş həyata keçirilib.

 

Ümumilikdə aprel və may aylarında respublika üzrə, habelə son günlərdə 16 şəhər və rayon üzrə birdəfəlik ödəmənin verilməsi üçün ümumilikdə 280 milyon manatdan çox vəsait sərf olunub.

 

Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu şəhər və rayonlara aid olan şəxslər, habelə bu 16 şəhər və rayonda qeydiyyatda olanlar bu birdəfəlik ödəməni alıblar.

 

Qeyd edək ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib. Aprel-may aylarında ödəmə almasına baxmayaraq, sonradan adında əmək müqaviləsi, VÖEN, torpaq payı və s. aşkar edilib, həmin şəxslərə bu ödəmə qanunauyğun olaraq verilməyib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35 ABŞ-da bir gündə 515 nəfər koronadan öldü 11 Avqust 2020, 20:19 Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi 11 Avqust 2020, 20:07 Livanda etirazçılar Prezidentin istefasını tələb edir 11 Avqust 2020, 19:57