Modern.az

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı

12 İyul 2020, 10:28

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 857 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir