Modern.az

Bakıda soyğunçuluq

Bakıda soyğunçuluq

13 İyul 2020, 09:46

Bakıda soyğunçuluq hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə iyulun 12-si saat 18 radələrində Binəqədi rayonu, Mircəlal küçəsində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank və sağlamlıq kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

 

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!