Modern.az

Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI

Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI

13 İyul 2020, 13:33

Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev iyulun 12-si və 13-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək cəhdindən danışıb.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədləri boyunca Tovuz istiqamətində erməni təxribatının bir neçə məqsədi ola bilər:

“Təxribat törədərək münaqişənin hərbi müstəviyə keçəcəyi şəraitdə Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin yaranmış gərginliyə reaksiyasını, yəni Ermənistana dəstək olub-olmayacağını yoxlamaq;

- Paşinyana qarşı müxalifətin tənqid və təzyiqlərinin güclənməsi ilə bərabər ölkə daxilində artan ictimai narazılıqlardan və pandemiya ilə bağlı uğursuzluqlardan ictimaiyyətin diqqətini yayındırmaq;

- Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda uğur qazanacağına heç bir ümidi qalmayan Ermənistan hakimiyyətinin hər vəchlə, istənilən bəhanə ilə danışıqlar prosesindən yayınmaq və prosesi maksimum müddətə uzatmaq cəhdi;

- Nəhayət, onu da istisna etmək olmaz ki, Ermənistan hakimiyyəti taktiki addım kimi sərhəd zolağında vəziyyəti gərginləşdirərək, ordumuzun diqqətini o istiqamətə cəlb etmək və eyni zamanda Dağlıq Qarabağla təmas xəttində mövqelərimizə hücum edib 2016- cı ilin aprelində itirdikləri mövqeləri və ya digər strateji nöqtələri ələ keçirməyə cəhd edirlər”.

Cavanşir Feyziyevin sözlərinə görə, sonrakı hadisələrin hansı istiqamətdə davam edəcəyindən asılı olmayaraq, Azərbaycan Ordusu düşmən təxribatının hər yerdə qarşısını almağa hazırdır:

“Ordumuzda və cəmiyyətimizdə erməni işğalçılarına layiqli cavab vermək və bir həmlə ilə torpaqlarımızın tamamilə işğaldan azad olunması üçün hərəkət etməyə böyük ruh yüksəkliyi və qətiyyət var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı