Arxiv
13 İyul 2020, 16:15 | AKTUAL
Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.  

“Allah şəhidlərimizə rəhmət etsin! Qanı, canı Azərbaycanla döyünən vətəndaşlarımız bu gün Tovuzun Ağdam kəndində və digər bölgələrimizdəki əsgərlərimizin yanındadır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı Türkiyə Xarici İşlər Nazirliyindən başqa heç bir rəsmi qurum bəyanat verməyib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

 

O bildirib ki, Prezident İlham Əliyevin iyulun 6-da milli televiziyalara müsahibəsində ATƏT-in Minsk qrupunu haqlı tənqid etdiyinin bir daha şahidi olduq:

 

“Dünən günortadan başlayaraq Dağlıq Qarabağ ərazisinə aid olmayan ərazimizə ermənilərin hücum etməsinə, təxribat törətməsinə baxmayaraq, heç bir beynəlxalq qurum təxribata reaksiya bildirmir. Təbii ki, onlar layiqli cavablarını alıblar və bu proses davam edir. Əslində, ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik göstərir və deyərdim ki, hətta Ermənistana dəstək verməklə məşğuldur. Digər beynəlxalaq təşkilatlar və dövlətlər hələ də bu təxribata reaksiya vermir. 2016-cı ilin Aprel döyüşlərində Rusiyanın müəyyən vəzifəli şəxsləri Azərbaycan rəhbərliyinə zəng etmişdi. İndiki durumda çox gözləyirdim ki, Rusiyanın həmin vəzifəli şəxsləri Ermənistana yerində oturmağı və beynəlxalq hüquqa hörmət etməyi, digər ölkənin ərazisinə hücum etməməyi tövsiyə etsin, müəyyən addımlar atsın”.

 

Komitə sədri qeyd edib ki, bu proses Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müəyyən dövlətlərin, eyni zamanda Ermənistanın özünün də sülh yolu ilə həll etməkdə maraqlı olmadığını göstərir: “Bu, bir təxribatdır və ATƏT-in Minsk qrupuna, beynəlxaq hüquqa, beynəlxalq təşkilatların bəyanatlarına hörmətsizlikdir. Bu hörmətsizliyi Ermənistan ona görə göstərir ki, onları bu və ya digər formada həm beynəlxalq təşkilatlar, həm də digər dövlətlər dəstəkləməkdə davam edirlər. Hesab edirəm ki, Azərbaycan cəbhənin digər bölgələrində öz torpaqlarını hərb yolu ilə azad etmək üçün hansısa addımlar atacaqsa, bu, qınanıla bilməz. Çünki beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir. Əsgərlərimizə var olun deyirəm, əllərindən, gözlərindən öpürəm və möhkəm olmağı arzu edirəm. Ürəyimiz əsgərlərimizlədir. Lazım gəlsə, bir neçə saatdan sonra yanlarındayıq. Ali Baş Komandanın əmrini nəinki əsgərlər, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı hər an gözləyir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55