Arxiv
13 İyul 2020, 19:44 | AKTUAL
Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi

İyulun 13-ü Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında üçtərəfli formatda video-konfrans görüşü keçirilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Modern.az-a bildirilib ki, üç ölkənin dövlət başçıları səviyyəsində 2 iyul 2020-ci il tarixində keçirilmiş görüş zamanı edilmiş müzakirələr və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində əməkdaşlıq planlarını müzakirə edən görüş iştirakçıları üçtərəfli formatda əməkdaşlığın potensial sahələri istiqamətində atılacaq addımlar barədə razılıq əldə ediblər. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov dövlət başçılarının görüşü zamanı səsləndirilmiş fikirlərin üçtərəfli formatda iqtisadi tərəfdaşlığın ana xəttini müəyyən etdiyini diqqətə çatdıraraq, ticarət, nəqliyyat, enerji və sərmayələr sahələrində əməkdaşlıq istiqamətində işləməyin məqsədəuyğunluğunu bildirib.

E.Məmmədyarov üç ölkənin bir sıra istiqamətdə konkret nəticələrə hədəflənmiş əməkdaşlıq üçün potensialın olduğunu qeyd edib, digər sahələrdə imkanlardan mümkün qədər çox faydalanmaq məqsədilə nəqliyyat sahəsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında çoxtərəfli sazişin nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaratdığını bildirərək, bu məqsədlə ilk olaraq nəqliyyat sahəsinə aid qurumların iştirakı ilə görüşün keçirilməsinin məqsədəuyğun olduğunu ifadə edib, daha sonra digər sahələr üzrə görüşlərin təşkilini təklif edib. Nazir enerji sahəsində əməkdaşlığın da konkret nəticələrə hədəflənməli olduğunu, bunun üçün imkanların mövcud olduğunu vurğulayıb.

 

 

İnvestisiya sahəsində əməkdaşlıq imkanları barədə danışan E.Məmmədyarov üç ölkə arasında hüquqi bazanın gücləndirilməsinin də vacib olduğunu qeyd edib, bu məqsədlə yaxın zamanda investisiyaların təşviqi məqsədilə lazımi sənədlərin təşəbbüs edilməsini də təklif edib. Nazir üçtərəfli formatda əməkdaşlığın və əldə ediləcək nəticələrin müzakirəsi məqsədilə gələcək addımlar barədə fikirlərini bölüşərək, təkliflərini təqdim edib.

 

Azərbaycan Xarici İşlər nazirinin təkliflərini dəstəkləyən Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov üçtərəfli təmasların dövlət başçıları, xarici işlər nazirləri və digər formatlarda mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ölkəsinin ikitərəfli əsasda Azərbaycanla və Əfqanıstanla yaxşı iqtisadi əlaqələri olduğunu bildirib, üçtərəfli əsasda əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyinə əminliyini vurğulayıb. Nəqliyyat sahəsinin xüsusi əhəmiyyət kəsb etməsi barədə Azərbaycan nazirinin fikrini dəstəkləyən R.Meredov nəqliyyat dəhlizlərində tarif və prosedurların daha rəqabət qabiliyyətli olmasının zəruriliyini, bu istiqamətdə aidiyyəti qurumların iştirakı ilə müzakirələrin vacibliyini qeyd edib.

Əfqanıstan Xarici İşlər naziri Məhəmməd Hənif Atmar əməkdaşlıq istiqamətləri və növbəti tədbirlərlə bağlı həmkarlarının fikrini dəstəkləyib, Əfqanıstanın tərəfdaş ölkələrlə qeyd olunan sahələrdə birgə tədbirlər görməkdə maraqlı olduğunu bildirib. Nazir Əfqanıstanda istehsal olunan məhsulların ixracı, sərmayə qoyuluşu, tranzit əməliyyatlarının sadələşdirilməsi, regional bağlantıların gücləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb və bu sahələrdə birgə səylərin göstərilməsinin arzu olunduğunu ifadə edib.

 

 

Tərəflər yaxın zamanda üç ölkənin nəqliyyat sahəsinə aid qurumları arasında görüşün təşkili və müvafiq istiqamətdə əməkdaşlıq məsələlərinin müzakirəsi barədə razılıq əldə ediblər.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11