Arxiv
17 İyul 2020, 10:26 | REPORTAJ
Azərbaycanın xarici işlər nazirləri: Diplomatiya tariximizdə 14 KİŞİ, 2 QADIN

Prezident İlham Əliyev dünən iyulun 16-da Azərbaycan Respublikasının yeni Xarici işlər nazirini təyin edib. Ceyhun Bayramov Azərbaycanın sayca 16-cı Xarici İşlər naziridir.

Modern.az saytı Azərbaycanın xarici işlər nazirlərinin siyahısını təqdim edir.

Azərbaycan diplomatiya tarixi dövlətçiliyimizin mühüm səhifələrindən biri sayılır.

Bu səhifədə 1918‐1920‐ci illər - Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır.
Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş  Məmmədhəsən Hacınski,  Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanıblar:


Məmmədhəsən Cəfərqulu oğlu Hacınski - Nazir olduğu dövr (28.05.1918 - 06.10.1918);
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov - Nazir olduğu dövr (06.10.1918 - 07.12.1918);
Fətəli xan Xoyski - Nazir olduğu dövrlər (26.12.1918 - 14.03.1919), (24.12.1919 - 01.04.1920);
Məmmədyusif Cəfərov - Nazir olduğu dövr (14.04.1919 - 22.12.1919).


1920‐ci ilin aprelində  Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə  məruz qalması nəticəsində  Vətənimiz işğal edildikdən və  dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici  İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici  İşlər Komissarlığı (XXİK) yaradıldı.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzədavud Hüseynov olublar. Lakin tezliklə XKİK də ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız İkinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq  şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944‐cü ildə Azərbaycan SSR XKİK‐i bərpa etdi. 1946‐cı ildən XKİK Xarici  İşlər Nazirliyinə  çevrildi:


Nəriman Nərimanov - Nazir olduğu dövr (04.1920 - 05.1921);
Mirzədavud Hüsеynov - Nazir olduğu dövr (05.1921 - 12.1921);
Mahmud Əliyеv - Nazir olduğu dövr (1944 -1958);
Tahirə Tahirova - Nazir olduğu dövr (1959 - 1983);
Еlmira Qafarova - Nazir olduğu dövr (1983 - 1987);
Hüsеynağa Sadıqov - Nazir olduğu dövr (23.01.1988 - 29.05.1992);

Uzun illər boyu müxtəlif formalarla sovet rejiminə qarşı apardığı mübarizə və 80‐ci illərin sonu ‐ 90‐cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və  çoxtərəfli beynəlxalq  əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın  əksər dövlətləri tərəfindən tanındı və  diplomatik münasibətlər quruldu.


Tofiq Qasımov - Nazir olduğu dövr (04.07.1992 - 26.06.1993);
Həsən Həsənov - Nazir olduğu dövr ((02.09.1993 - 16.02.1998);
Tofiq Zülfüqarov - Nazir olduğu dövr (05.03.1998 - 26.10.1999);
Vilayət Quliyev - Nazir olduğu dövr (26.10.1999 - 02.04.2004);
Elmar Məmmədyarov - Nazir olduğu dövr (2.04.2004 -16.07.2020).


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir müşaviri: “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - MÜSAHİBƏ 4 Avqust 2020, 09:17 Deputatlar tətildən geri ÇAĞIRILIBLAR 4 Avqust 2020, 08:39 Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04