Modern.az

Gəncə sakini tanışı tərəfindən bıçaqlandı

Gəncə sakini tanışı tərəfindən bıçaqlandı

17 İyul 2020, 23:59

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin ərazisində olan köhnə erməni qəbiristanlığında qeydə alınıb.

 

Şəhər sakini, 1976-cı il təvəllüdlü Cəfərov Ceyhun Rasim oğlu qarnının sol yan bud nahiyəsinin sağ və sol budun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, 44 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir