Modern.az

Könüllü qeydiyyata alınanlar 10 günlük təlimə çağırılsın! - Müharibə veteranlarının rəhbərindən TƏKLİF

Könüllü qeydiyyata alınanlar 10 günlük təlimə çağırılsın! - Müharibə veteranlarının rəhbərindən TƏKLİF

Qarabağ

20 İyul 2020, 11:10

Azərbaycan Ordusunun cəbhənin Tovuz istiqamətində baş verən erməni hərbi təxribatına layiqli cavab verməsi ölkədə vətənpərvərlik ruhuna da təsir etdi. Bir neçə gün ərzində 38 mindən çox könüllü orduda xidmət etmək üçün müvafiq formada rəsmi qeydiyyatdan keçib.

Lakin könüllü olaraq döyüşmək, müharibədə iştirak etmək istəyən şəxslərin əksəriyyətinin döyüş təcrübəsi yoxdur, hərbi xidmətdə olmayıblar. Eyni zamanda, səfərbərlik üçün qeydiyyatdan keçməyi sui-istifadəyə çevirənlər də oldu..

Bu baxımdan gələcəkdə həmin şəxslərin orduya cəlb olunması istər-istəməz müəyyən problemlər yarada bilər.

Maraqlıdır, səfərbərlik üçün qeydiyyatdan keçmiş şəxslərin döyüş təcrübəsinin formalaşdırılması üçün hansı addımları atmaq olar?


Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev səfərbərlik üçün qeydiyyatdan keçən şəxslərin 10 günlük təlimlərə cəlb olunmasının zəruri olduğunu bildirib:


"Təbii ki, müharibəyə getmək istəyən hazırlıqlı getməlidir. Artıq xeyli sayda   azərbaycanlı səfərbərlik üçün könüllü müraciət edib. Onların içində xanımlarımız da yer alır. Sözüsüz olaraq, son Azərbaycan kişisi ölməyənədək qadınlarımız döyüşməyəcək. Amma yenə də xanımların bu əzmkar davranışı bizi daha da ruhlandırır. Qeydiyyatdan keçmiş şəxslərin 10 gün müddətində təlim keçməsi lazımdır. Bu təlim əsgərlik xidmətini çəkmişlər üçün 3 gün də olsa yetər, çünki onların döyüş texnikası və s. məsələlərlə tanışlığı var. Amma hərbi xidmətdə olmayanlar mütləq 10 gün xüsusi təlim keçməli, döyüşə hazır vəziyyətə gətirilməlidir.

Amma mən müharibə olacağı təqdirdə köhnə döyüşçülərin orduya cəlb edilməsinin tərəfdarıyam. İndi ordumuz çox güclüdür və düşmənə layiqli cavabı verə bilər. Bu baxımdan sadəcə köhnə döyüşçülər qruplaşdırılıb yığılsa, kifayət edər. Köhnə döyüşçülərə həm də təlim keçməyə ehtiyac yoxdur, bu baxımdan vaxt itkisi də olmaz".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir