Modern.az

Nazir generalı vəzifəsindən azad etdi

Nazir generalı vəzifəsindən azad etdi

Hadisə

20 İyul 2020, 11:15

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

 

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Nazim Əliyev 02.06.2011-ci ildən bu günə kimi DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edirdi.


Nazim Əliyev 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetininin Hüquq fakültəsini bitirib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edirdi.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Prezidentinin 29 iyun 2007-ci il tarixli 2280 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
1 iyul 2008-ci il tarixli sərəncamla ona polis general-mayoru xüsusi rütbəsi verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər