Modern.az

Türkiyə səfiri Praqada azərbaycanlılara dəstək aksiyasına qoşuldu - FOTOLAR

Türkiyə səfiri Praqada azərbaycanlılara dəstək aksiyasına qoşuldu - FOTOLAR

24 İyul 2020, 21:34

Xəbər verdiyimiz kimi, Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyaları başlayıb.

 

Modern.az-ın məlumatına görə, aksiyada Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb.

 

Bağış həmvətənlərimizə dəstək olmaq üçün Praqada Azərbaycan Səfirliyinin önünə gəlib, Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərib.

 

Egemen Bağış Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla əl-ələ verərək türk və azərbaycanlı aksiyaçılara dəstək olublar. Həmyerlilərimiz “Bir millət iki dövlət”, “Türkiyə-Azərbaycan qardaşdır” şüarları səsləndiriblər.

 

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.

 

Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır