Arxiv
25 İyul 2020, 15:31 | REPORTAJ
Moskvada dəfn edilən Tamella Rüstəmova haqda BİLMƏDİKLƏRİMİZ - Aktrisanın qızı, kürəkəni, nəvəsi və 2-ci həyat yoldaşı... - FOTOLAR

İyul ayının 22-də 84 yaşında Moskvada vəfat edən tanınmış azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova bu gün torpağa tapşırılıb. O, uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət şəkirdi.

Bu barədə Modern.az-a aktrisanın doğmaları mlumat veriblər. Tamilla Rüstəmovanın nəşi müsəlman qaydalarına uyğun olaraq Moskvadakı məscidə aparılıb, sonra dəfn mərasimi keçirilib.


Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun böyük qızıdır. Onlar ailədə iki bacı, iki qardaş olublar. Rüstəmovlar ailəsinin 4 övladından yalnız kiçiyi - Rəna Rüstəmova hazırda sağdır.

Bir neçə ekran əsərinə çəkilən Tamilla Rüstəmovanın ən yaddaqalan obrazları “Böyük dayaq” filmində Maya və “Ulduz” filmində Ulduz rollarıdır.

Modern.az-ın əməkdaşı Tamella Rüstəmovanın doğmaları ilə söhbətləşərkən uzun illərdir Azərbaycandan kənarda - Rusiyada yaşayan aktrisa ilə bağlı indiyə kimi bilmədiyimiz yeni məlumatlar da əldə edib.

Tamella Rüstəmova 1936-cı ildə Bakıda dünyaya göz açıb. 1959-cu ildə Moskvadakı Qnesinlər adına Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib. O, hələ həmin Akademiyada oxuduğu illərdə orada vokalçı ixtisası üzrə təhsil alan latış tələbə  Olgerd Krastınşla tanış olur. Sonra onlar münasibətlərini rəsmiləşdirməyi qərara alırlar.
1959-cu ildə Akademiyanı bitirən gənclər ailə qururlar. Gənc ailə daimi yaşamaq üçün Riqa şəhərinə köçür. Aktrisa ərə gedəndən sonra Rüstəmova-Krastınş soyadını götürür. Riqada Tamilla xanım üzun müddət musiqi məktəbində fortopiano ixtisası üzrə müəllim işləyib.
Onun əri Olgerd Krastınş isə opera ifaçısı olmaqla yanaşı, aktyor kimi də bir neçə filmdə çəkilib.

Tamella Rüstəmova “Böyük dayaq” və “Ulduz” filmlərinə yay fəslində Bakıya dincəlməyə gələrkən atasının məsləhətilə çəkilib.


Olgerd Krastınş ilə ailə quran azərbaycanlı aktrisanın bu evlilikdən Velta adlı bir qızı dünyaya gəlib.

Tamella Rüstəmovanın Olgerd Krastınşla evliliyi uzun sürməyib. Təxminən 10 ildən sonra azərbaycanlı aktrisa latış ərindən boşanaraq, Bakıya - valideynlərinin yanına köçüb. Bakıda o, Bülbül adına musiqi məktəbində fortopiano müəllimi işləyib. 1971-ci ildə Tamella xanımın anası vəfat edib, 1983-cü ildə isə atası Səid Rüstəmov dünyasını dəyişib.

Bakıda yaşadığı illərdə Tamella xanım “Axırıncı aşırım” filmində də epizodik rola çəkilib. Maraqlıdır ki, Tamella Rüstəmova həmişə mətbuatdan qaçmağa çalışıb, radio, televiziya və qəzetlərə müsahibə verməkdən yayınıb. Bu səbəbdən də onun haqqında internet resurslarında da məlumat çox azdır.


T.Rüstəmova Bakıda yaşadığı müddətdə qızı Velta böyüyərək orta məktəbi bitirib, ali məktəbdə təhsil alaraq rus dili ədəbiyyatı, mədəniyyəti, psixologiya və pedaqogikası ixtisasına yiyələnib. Bir müddət paytaxtda müəllim işləyən Velta İqor Tsvetkov adlı bakılı rusla ailə qurub.

Tamilla Rüstəmovanın kürəkəni İqor Tsvetkov indiki Azərbaycan Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib, ixtisasca neftçidir. İqor Tsvetkov xeyli müddət Bakıda neft yataqlarında mühəndis işləyib.

1998-ci ildə aktrisa qızı və kürəkəni ilə daimi yaşamaq üçün Moskva şəhərinə köçüb.

Aktrisanın qızı Velta xanımın həyat yoldaşı İqor 2014-cü ilə qədər Rusiyada fəaliyyət göstərən AST Şirkətlər Qrupunda baş mühəndis işləyib. İndi isə informasiya-texnologiyaları üzrə mütəxəssis kimi çalışır.

Tamilla Rüstəmovanın nəvəsi İnara Tsvetkov 8-ci sinifə qədər Bakıda təhsil alıb. 1998-ci ildə ailəsinin Moskvaya köçməsi ilə əlaqədar İnara Tsvetkov orada humanitar gimnaziyaya daxil olub. Daha sonra Rusiya Maliyyə Nazirliyinin Vergi Akademiyasını bitirib. Hazırda özəl şirkətlərin birində direktor müavini vəzifəsində çalışır.


Əməkdaşımız Tamilla Rüstəmova ilə bağlı məlumatları dəqiqləşdirərkən maraqlı bir informasiya da öyrənib. Məlum olub ki, Tamilla xanımın ikinci dəfə ərə gedib. Onun ikinci həyat yoldaşı  azərbaycanlı İsrail Hənifəyev adlı şəxsdir. İsrail Hənifəyev vaxtilə Bakıda - Azərbaycan keçmiş Ticarət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27