Modern.az

“Ermənilərə qarşı fərqli strategiya sərgilənəcək” – Diaspor liderlərindən Los-Anceles təxribatına REAKSİYA

“Ermənilərə qarşı fərqli strategiya sərgilənəcək” – Diaspor liderlərindən Los-Anceles təxribatına REAKSİYA

25 İyul 2020, 16:43

Bir neçə gün öncə ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan Konsulluğunun qarşısında keçirilən aksiyalar zamanı ermənilər tərəfindən soydaşlarımıza qarşı şiddət göstərilməsi hammıza məlumdur. Ermənilərin Los-Ancelesdə sayca çox olmasını nəzərə alsaq etiraz aksiyasında say fərqinin olması normal idi.

Amma maraqlıdır həmin aksiyadan sonra ABŞ-da fəaliyyətdə olan Azərbaycan və Türkiyə diaspor təşkilatları hansı işləri gördü? Hər iki ölkənin diaspor əlaqələri nə  yerdədir?

Modern.az-ın əməkdaşı mövcud suallarla əlaqədar olaraq həm ABŞ-da olan Türkiyə həm də Azərbaycan diaspor təşkilatının nümayəndələri ilə əlaqə saxlayıb. Diaspor üzvləri baş verən son hadisələr və diaspor təşkilatları arasındakı əlaqələr barədə danışıb:

 

Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-Yorkda Azərbaycan Evi-nin rəhbəri Minəvvər Vahabova Los-Ancelesdə zorakılığa əl atan ermənilərin ən ağır şəkildə cəzalandırılmasına çalışdıqlarını və artıq etiraz aksiyasından başqa strategiyaya keçdiklərini deyir:

 

“Tovuz istiqamətində təmas xəttində baş verən son hadisələrdən sonra ABŞ-ın bir neçə ştatında burda yaşayan azərbaycanlılarla aksiyalar keçirməyə başladıq. Baş verən mitinqlər erməni səfirliyinin, BMT-nin önündə təşkil olunub. Bundan başqa Texas ştatı daxil bir neçə ştatda azərbaycanlıların erməni təxribatlarına etiraz əlaməti olaraq avtomobil yürüşləri təşkil olunub. İyulun 20-də Nyu-York, Boston, Nyu-Cersi ştatlarından olan gənclərimizin iştirakı ilə konqresin önünə yığışıb, möhtəşəm izdihamlı bir etiraz aksiyası keçirdik. Bundan sonra Şəhidlərimizin şəkilləri ilə təqribən 1 saat müddətində erməni səfirliyinin önündə etirazımızı bildirdik.

Los-Ancelesdə keçirilən aksiya isə bütün aksiyaların ən dəhşətlisi oldu. Çünki məlum olduğu kimi bu şəhərdə ermənilərin sayı çoxdur. Yəni Los-Ancelesdə olan etirazda yalnız erməni diasporunun üzvləri yox, terror qrupu şəklində yığılan sıravi ermənilərin sayı hədsiz çox idi. Bu sayın qarşısında polislər də az dururdu, ona görə ermənilər xislətlərində olduğu kimi arxadan zərbə vurub vətəndaşlarımızı yaralaya bildilər. Xəsarət alan vətəndaşlarımızdan ikisi evə buraxılıb birinin isə vəziyyəti ağır olaraq qalır”.

 

Diaspor nümayəndəsi Abş-da fəaliyyətdə olan Türkiyə diasporunun da xüsusilə son hadisələrdən sonra müəyyən işlər gördüyünü və hər iki ölkə diasporluğunun arasında daimi əlaqələrin olduğunu diqqətə çatdırıb:

 

“Bu hadisələrdən sonra ABŞ-da səfirimiz Elin Süleymanovla “Zoom” proqramı vasitəsi ilə görüş keçirdik. Həmin görüşdə biz söhbət əsnasında müzakirə etdik ki, artıq bu mitinqlərə son qoyulsun, çünki bizim gənclərin də bəziləri qisas almaq fikrinə düşüb ermənilərə zor tətbiq etmk üçün çağırışlar edirlər. Biz təcrübəli diaspor təşkilatları olaraq bu hadisələrin qarşısını almağa çalışırıq. Artıq başqa sivil yollarla ABŞ Konqresinə, senatorlara müraciətlərimizi məktublar, petisiyalar şəklində çatdırmağa çalışırıq. ABŞ-da olan diaspor təşkilatları Los-Ancelesdə vətəndaşlarımıza qarşı o əməlləri törədən şəxslərin məhkməyə verilib ən ağır cəza alması üçün əlindən gələni edəcək.

 

Türkiyə diasporu da demək olar ki, bütün etiraz aksiyslarımızda bizimlə çiyin-çiyinə olublar. Elə Vaşinqtonda keçirdiyimiz etiraz aksiyasında da türk diaspor nümayəndələri var idi. Bundan başqa Türk-Amerika Dərnəkləri Federasiyasının və Gənc Türklər Dərnəyinin rəhbəri Tulqa Tekmenin təşəbbüsü ilə Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında Ermənistanın daimi nümayəndəliyi qarşısıda Azərbaycana dəstək məqsədi ilə etiraz aksiyası keçirdilər. Mitinqlərin davamı planlaşdırılırdı amma qərara aldıq ki, mitinqlər bir müddət dayandırılmalıdır ki, xoşagəlməz hadisələrin qarşısı alınsın”.

 

Türk-Amerika Dərnəkləri Federasiyasının rəhbəri Tulqa Tekmen Türkiyə və Azərbaycan diasporunun ABŞ-da bundan sonra daha sıx işləməli olduğunu bildirib:

“Ermənilər həmişə olduğu kimi yenə də öz təcavüzkarlıqlarını ortaya qoyub terrorun mərkəzi olan Los-Ancelesdə azərbaycanlı qardaşlarımıza və türkiyəli soydaşlarımıza hücum etdilər. Biz diaspor olaraq ABŞ Konqresi və Senatorluğuna, eləcə də Kaliforniya qubrnatorluğu və yerli rəsmi şəxslərə öz etirazımızı açıq şəkildə bidirmşik. Ermənilərin son törətdikləri hadisələr Türkiyə və azərbaycan diasporuna bir daha çağırış etdi ki, bir olmaq, təşkilatlanmaq lazımdır. Ancaq belə olan halda erməni lobbisinə ağır zərbə vurmaq olar. Ermənilərin Tovuz istiqamətində təxribat törətməsindən sonra biz bütün dünyada azərbaycanlıların necə güclü bir şəkildə birləşdiyini gördük. Bu sevindrici haldır və davamlı olmasını istəyərik. Amma təbii olaraq Türkiyə-Azərbaycan diaspor əlaqələrini daha sıx qurmaq lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi