Arxiv
28 İyul 2020, 16:49 | PARLAMENT
Deputat Eldar Quliyev: “Onlar hər cür iyrənc addımlar atırlar” - MÜSAHİBƏ

Modern.az saytı Milli Məclisin deputatı Eldar Quliyevlə müsahibəni təqdim edir:


- Eldar müəllim, son vaxtlar cəbhə bölgələsində erməni təxribatları geniş xarakter alıb. Buna qarşı həm Azərbaycan daxilində ciddi təpki göstərildi, həm də dünyanın bir çox yerində azərbaycanlılar birləşərək, Qarabağ uğrunda birlik, güc nümayiş etdirdi. Sizcə, biz indiki dönəmdə nələr etməliyik?


- Ermənistanın Azərbaycana qarşı təxribatı artıq 32 ildir ki, davam edir. Ölkəmizə qarşı torpaq iddiaları ilə başlayan bu münaqişə nəticəsində ərazilərimizin 20 faizi işğal olunmuş, 1 milyon soydaşımız öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşmüşdür. Torpaqların işğaldan azad olunması barədə BMT-nin 1992-ci ildə qəbul etdiyi 4 qətnamə Ermənistan tərəfindən indiyə qədər icra olunmur. Münaqişənin həlli üçün aparılan danışıqlar da Ermənistan rəhbərlərinin qeyri-konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Azərbaycan Republikasının Prezidenti İlham Əliyev cənabları Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu ən yüksək beynəlxalq tribunalardan dəfələrlə bütün dünyaya bəyan etmişdir. Artıq dünya ölkələrinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
         
1994-cü ildə atəşkəs barədə müqavilə imzalansa da, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozurlar. 2016-cı ilin aprelində onlar törətdikləri təxribatın cavabını layiqincə aldılar. Buna baxmayaraq, cari il iyulun 12-də yenidən təxribata əl atdılar. Budəfəki təxribatın fərqli cəhəti onun münaqişə zonası olan Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşən Tovuz-Qazax bölgəsində törədilməsi oldu. Bu ərazilərdə yerləşən mövqelərimizlə yanaşı,  Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndləri də ermənilər tərəfindən artilleriya qurğularından istifadə etməklə güclü atəşə məruz qaldı. Həmin təxribat zamanı bir general, bir polkovnik, bir mayor da daxil olmaqla 12 hərbi qulluqçumuz və 76 yaşlı mülki şəxs şəhid oldu. Rəşadətli ordumuz şəhidlərimizin qanını yerdə qoymadı, erməilərin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi.     
         
Ermənistanın növbəti təxribatı üçün Tovuz istiqamətini hədəf seçməsi təsadüfü deyildi. Burada iki məqama diqqət yetirməyi lazım bilirəm.       
         
Əvvəla, Azərbaycan iqtisadiyyatına zərbə vurmaq məqsədi qüdülür. Belə ki, Tovuz-Qazax bölgəsindən ölkəmiz üçün çox önəmli olan strateji əhəmiyyətli kommunikasiyalar keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu qəbildəndir. Qeyd olunan kommunikasiyaların Azərbaycan iqtisadiyyatına gətirdiyi gəlirləri gözü götürməyən mənfur qonşular bu kommunikasiyalara zərər yetirməklə iqtisadiyyatımızı sarsıtmağa cəhd edirdilər.        
         
İkinci tərəfdən, Dağlıq Qarabağdan kənar ərazidə təxribat törətməklə Ermənistan hakimiyyəti bu münaqişəyə özünün üzv olduğu Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışırdı. Lakin ermənilərin bu arzusu da gözündə qaldı. Təşkilata üzv dövlətlərin əksəriyyətinin Azərbaycanla yüksək səviyyəli münasibətlərinin nəticəsi olaraq bu təşkilat münaqişəyə heç bir müdaxilə etmədi.  
         
Qardaş Türkiyə rəhbərliyinin və xalqının ölkəmizə dəstək nümayişi etdirməsini də minnətdarlıqla qeyd etməliyəm.     
         
Öz daxili problemlərindən xalqının diqqətini yayındırmağa çalışan Ermənistan rəhbətrliyi bu təxribatla özünün işğalçı xislətini bir daha nümayiş etdirdi. Paşınyanın hakimiyyətə gəlişinin ilk dövrlərində müdafiə naziri Tonoyanın “hər bir müharibə Ermənistana yeni torpaqlar qazandıracaq” bəyanatı işğalçılığın Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olmasının təzahürü idi. Erməni həyasızlığı bir də ondadır ki, onlar öz bəd əməllərini bizim üzərimizə yönəldir, dünya ictimaiyyətini buna inandırmaq üçün hər cür iyrənc addımlar atırlar.            
         
Lakin Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasəti sayəsində erməni yalanları artıq nəticə vermir. Azərbaycanın haqq işini müdafiə edənlərin sırası günbəgün genişlənir. Təsadüfi deyildir ki, Ermənistanın işğalçılıq siyasətini qəbul etməyən bir çox dövlətlər və beynəlxalq təşkilatlar 12 iyul təxribatını pisləyən sərt bəyanatlar verdilər.      
         
Ermənistanın başladığı və rəzilliklə məğlub olduğu bu münaqişə xalqımızın mübarizə əzminin nümayişi oldu. Bakıda və digər bölgələrdə orduya dəstək məqsədilə keçirilən əzəmətli aksiyalar xalq-hakimiyyət birliyinin təntənəsi idi. Həmin günlərdə on minlərlə gəncin orduya könüllü getmək üçün qeydiyyatdan keçmələri torpaqımızı işğaldan azad etmək arzusunun və bu istəyin tezliklə reallaşacağının təzahürü idi.  
         
Düşünürəm ki, indi əsas vəzifə xalq-hakimiyyət birliyini qorumaq, mübarizə əzmini daim gücləndirmək, Azərbaycanın səbrinin sonsuz olmadığını nümayiş etdirmək yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələrin torpaqları qaytarmaq üçün Ermənistana təzyiq göstərməsinə nail olmaq, əks təqdirdə öz qüvvəmizlə ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaqdan ibarət olmalıdır.   
         
Bakıda keçirilən orduya dəstək aksiyasında təxribat törədərək öz çirkin məqsədləri üçün sui-istifadə edənlərə üz tutaraq onlara xatırlatmaq istəyirəm ki, artıq ötən əsrin 90-cı illəri deyil. İndi ölkəmizə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev rəhbərlik edir və Azərbaycan etibarlı əllərdədir. Onun uğurlu siyasəti dövlət-xalq birliyinin sarsılmazlığını təmin etmişdir. Ona görə də ölkəmizin inkişafını gözü götürməyən həm xarici, həm də daxili qüvvələr bilsin ki, heç bir mənfur qüvvə Azərbaycan dövlətini sarsıda bilməz.
Mən öz adımdan torpaqlarımızın toxunulmazlığı uğrunda mücadiləyə qalxan bütün insanlarımıza təşəkkürümü bildirirəm. Şəhidlərimizin ailələrinə, doğmalarına başsağlığı verir, “Vətən sağ olsun” deyirəm, yaralıların tezliklə sağalmalarını arzulayıram. Diqqətə çatdırmaq istəyirəm ki, bu döyüşlərdə şəhid olanların və yaralananların ailələri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi qayğısı ilə əhatələnmişdir.
 
- Xaricdəki azərbaycanlılar demək olar ki, hər gün aksiyalar keçirirlər.

- Xarici ölkələrdə yaşayan soydaşlarımızın fəallaşması fərəh doğurur. Ölkə başçısının apardığı məqsədyönlü xarici siyasət öz bəhrəsini verir. Diasporla İş üzrə Dövlət Komitəsi, xarici ölkələrdəki səfirlik və konsulluqlarımız, ayrı-ayrı diaspor təşkilatları son vaxtlar fəaliyyətlərini əlaqələndirir, Azərbaycanın haqq səsini dünyaya yayır, ümumi düşmənimiz olan ermənilərə qarşı birlik və həmrəylik nümayiş etdirirlər. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın təşkil etdiyi kütləvi aksiyalarda ermənilərin yalanları ifşa olunur, onların işğalçılıq siyasəti və təxribatçılıq hərəkətləri dünya ictimayyətinə çatdırılır, əzəli torpaqlarımız olan Qarabağın işğaldan azad edilməsi tələbləri səsləndirilir. Təşkil olunan kütləvi aksiyalar xarici ölkələrdə erməni lobbisinin çox güclü olması barədə fikirlərin əsassız olduğunu, soydaşlarımızın vaxtında təşkilatlanaraq onlara layiqli cavab verməyə qadir olduğunu göstərdi.
           
Mən xaricdəki təşkilatlarımızın və soydaşlarımızın bu günlərdəki aktivliyini yüksək qiymətləndirirəm. Bütün dünyada azərbaycanlılar böyük həmrəylik nümayiş etdirdi. Bu çox qürurvericidir. İnanıram ki, yeni təyin olunan Xarici İşlər naziri cənab Ceyhun Bayramov xarici ölkələrdəki səfirlik və konsulluqlarının bu istiqamətdə fəaliyyətlərinin daha da gücləndirilməsi üçün tədbirlər görəcəkdir.              
           
Moskva, Sankt-Peterburq və digər böyük şəhərlərdə fəaliyyət göstərən tanınmış iş adamlarımızın keçirilən aksiyalara dəstək verməsi birliyimizə daha möhtəşəm rəng verdi. Onlar bu addımları ilə düşmənə sərt mesaj verərək anlatdılar ki, ölkəmiz Ermənistanı bütün regional layihələrdən kənarda qoyaraq, onun iqtisadiyyatını çökdürüyü kimi, onların nümayəndələrini xaricdə də boykot edərək böyük iqtisadi zərər verə bilərlər.

- Siz Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Parlament diplomatiyası son hadisələr zamanı necə işlədi?

- Təəsüflər olsun ki, xaricdəki diaspor təşkilatlarımıza, səfirlik və konsulluqlarımıza da ermənilər tərəfindən təcavüz olunur, bina və qurğulara ziyan vurulur. Bir çox ölkələrdə insanları döyərək xəsarət yetirirlər. Onlar cəzalandırılmır. Dünya dövlətləri buna diqqət etməlidir. Biz məktub hazırlayaraq QDİƏT PA-nın Baş Assambleyasına və Ermənistan istisna olmaqla qurumun 10 üzv dövlətinə göndərmişik. Müraciətimizdə ermənilərin bu gün də öz çirkin, işğalçı niyyətlətindən əl çəkmədiklərini göstərdik. Dinc əhaliyə qarşı silah işlətdiklərini diqqətə çatdırdıq. ATƏT-in Minsk Qrupu bununla bağlı heç bir iş görmür və bu qrupun fəaliyyətsizliyindən çox ciddi narazılığımı bildirirəm. İllər ərzində onların nümayəndələri dəyişir, amma niyyətləri, görəcəkləri işlərin məzmunu dəyişmir. Bəlkə də onlar olmasa idi, bu məsələlər indiyə qədər öz həllini tapardı.
           
Qardaş Türkiyənın prezindentinə çox böyük sayğı ilə yanaşıram, çünki onun dövlətimizə, xalqımıza və əsgərlərimizə verdiyi dəyər heç bir vaxt unudulmayacaq. Müraciətində də türk xalqının hər zaman bizim yanımızda olduğunu bildirdi. Pakistan dövləti də hər zaman bizim yanımızda olduğunu bildirib. Cənubi Azərbaycandan, eləcə də digər dövlətlərdən olan dəstəyi dövlətimiz və xalqımız yüksək qiymətləndirir. Əslində onlar yalnız bizim deyil, eyni zamanda doğrunun, haqqın yanında olduqlarını nümayiş etdirirlər.                      
Serbiyanın isə Ermənistana məhz bu dövrdə iriçaplı silahlar satması gözlənilməz idi. Bizim Serbiyaya etdiymiz köməkliyin qarşılıqında onun düşmənimizə yardımına nə ad vermək olar? İki il bundan əvvəl QDİƏT PA-nın Kiyevdə qəbul etdiyi qətnamədə üzv dövlətlərin bir-birinin torpağını işğal etməsinin yolverilməz olması məsələsi qeyd olunmuş, işğal faktı varsa ərazilərin qeyd-şərtsiz azad olunması tələbi qoyulmuşdur. Digər dövlətlər buna səs verdilər. Amma Serbiya bilərəkdən səsvermədə iştirak etmədi.        

- Siz bununla bağlı Serbiyalı deputatlara öz narazılığınızı bildirmisinizmi?

Bu məsələ ilə Xarici İşlər Nazirliyi məşğul oldu. Bizim dostluq qrupu onlara müraciət edərək, bu addımın niyə atıldığını bilmək istəsə də, onlar bu məsələdən xəbərsiz olduqlarını bildirdilər. Bizim tək istəyimiz işğal altında olan Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonun azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bütün beynəlxalq təşkilatlara deməyə sözümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir. Hamı bilməlidir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlinin tərəfdarıdır. Lakin qarşı tərəf öz indiki mövqəyində qalarsa hərb yolu ilə ərazi bütövlüyümüzü təmin edəcəyimizə heç kimin şübhəsi olmamalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü 14 Avqust 2020, 21:50 Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46