Modern.az

Ankaradan Kremlə MESAJ: “Azərbaycanın maraqlarını sonuna qədər qorumağa hazırıq”

Ankaradan Kremlə MESAJ: “Azərbaycanın maraqlarını sonuna qədər qorumağa hazırıq”

Dünya

28 İyul 2020, 17:05

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın maraqlı açıqlama verib.

Modern.az xəbər verir ki, Türkiyə televiziyalarından birində qonaq olan İ.Kalın Ankaranın Azərbaycanı istər Ermənistan, istərsə də Rusiyadan qorumağa hazır olduğunu deyib.

 

“Təhlükənin mənbəyindən asılı olmayaraq Azərbaycanın maraqlarını nəyin bahasına olursa-olsun qoruyacağıq. Hərbi təlimə gəlincə, təlim öncədən planlaşdırılmışdı və iki ölkənin müdafiə sahəsində əməkdaşlığının tərkib hissəsi olacaq”.

 

Kalın prezident Ərdoğanın Tovuz döyüşləri ilə bağlı mövqeyini Putinin diqqətinə də çatdırdığını söyləyib.

“Biz Azərbaycanın tərəfindəyik. Azərbaycanın bütövlüyü, birliyi və təhlükəsizliyi Türkiyənin bütövlüyü, birliyi və təhlükəsizliyinə bərabərdir. Bundan zərrə qədər şübhə ola bilməz. Bu barədə telefon danışığı zamanı Ərdoğan Putinə açıq şəkildə deyib. Ölkə başçısı Moskvadan Yerevana təsir rıçaqlarından istifadə edərək gərginliyin azaldılmasının vacibliyini söyləyib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu