Modern.az

Qənirə Paşayeva yeni Baş konsuldan DANIŞDI:  “İş yoldaşı olmuşuq”

Qənirə Paşayeva yeni Baş konsuldan DANIŞDI:  “İş yoldaşı olmuşuq”

Parlament

29 İyul 2020, 10:09

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İstanbula yeni Baş konsulumuz təyin olunub.
Yeni Baş konsulumuz Nərminə Mustafayevanı uzun illərdir tanıyıram - deyə bilərəm, yaxından tanıyıram - biz illər uzunu iş yoldaşı olmuşuq, birgə yaradıcılıq prosesindən, peşəkar jurnalistlik məktəbindən keçmişik”.

Modern.az xəbər verir ki, bu fikirləri məllət vəkli Qənirə Paşayeva Azərbaycanın İstanbula təyin olunmuş yeni Baş konsulu haqda danışarkən qeyd edib.

Deputatın sözlərinə görə, Nərminə Mustafayeva peşəsinə də, milli dəyərlərinə də, xalqına, dövlətinə, dövlətçiliyinə də sadiqliyi ilə seçilən insanlardan biridir:

“O, öz vətənpərvərliyi ilə seçilən, məsul olduğu işlərə yüksək məsuliyyətlə yanaşan bir yeni nəsil aydınımızdır.
Çox xoşdur ki, İstanbul kimi önəmli şəhərdəki Baş konsulluğumuz məhz bir qadına etibar edilib. Bizim məsul vəzifədə çalışan diplomat xanımlarımız çox deyil. İnanıram ki, Nərminə xanım yüksək etimadı doğruldacaq, baş konsul kimi üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirəcəkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır