Modern.az

Nyu-York səmasına \"Qarabağ Azərbaycandır!\" yazıldı - FOTO

Nyu-York səmasına \

30 İyul 2020, 15:21

ABŞ-ın Nyu-York şəhərində “Stop Armenian Occupation” ("Ermənistanın işğalçılıq siyasətini dayandır!"), “Karabakh is Azerbaijan! ("Qarabağ Azərbaycandır!") şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını tutan həmvətənlərimiz şüarlar səsləndirməklə və alqışlarla bu xoş hadisəni izləyiblər.

 

Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır