Arxiv
30 İyul 2020, 15:54 | DİASPOR
Fuad Muradov gənc könüllülərin suallarını cavablandırdı - FOTOLAR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun könüllülərlə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə sədr Fuad Muradov Azərbaycanın diaspor siyasəti, pandemiya dövründə diaspor təşkilatlarının, eləcə də diaspor könüllülərinin  fəaliyyəti barədə danışıb. O bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışlarında hər zaman könüllülərin fəaliyyəti vurğulanır. Komitə sədri Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatından sonra xaricdə yaşayan azərbaycanlıların keçirdiyi aksiyalar, xarici mətbuatda bu hadisələrlə bağlı çıxan məlumatlar barədə konfrans iştirakçılarına geniş məlumat verib. O, bir faktı diqqətə çatdırıb ki, Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" platformasında birləşən azərbaycanlı diaspor gəncləri iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə twitter´də ölkəmizin dövlət sərhəddində Ermənistanın törətdiyi təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəq dünya trendinə düşüb.

 

 Könüllülər də öz növbəsində sədrlə mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.

Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı Diaspor könüllüləri, Miqrasiya könüllüləri, ASAN könüllüləri, DOST könüllüləri, QİDA könüllüləri, Könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri, nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 100-dən artıq gənc iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Hava proqnozu 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20 Bakıda gənc yol qəzasında xəsarət aldı 11 Aprel 2021, 09:13 Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi 11 Aprel 2021, 09:07 BƏƏ kosmosa qadın göndərəcək 11 Aprel 2021, 09:00 Samuxda nişan mərasimi keçirənlər cərimələndi 11 Aprel 2021, 08:53