Arxiv
1 Avqust 2020, 21:11 | AKTUAL
“Ermənistan Helsinki Yekun Aktının 10 prinsipinin hamısını pozub” - Azay Quliyev

"Bu gün 1 avqust 1975-ci ildə qəbul olunan və ATƏT-in bünövrəsini təşkil edən prinsipləri özündə cəmləşdirən Helsinki Yekun Aktının 35 ölkə tərəfindən imzalanmasının 45-ci ildönümüdür".

 

Modern.az xəbər verir ki, bu barədə ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bildirib.

 

A.Quliyev qeyd edib ki, dövlətlər arasındakı münasibətlərin tənzimlənməsində hələ də aktuallığını itirməyən bu sənəd aşağıdakı 10 prinsipi özündə əks etdirmişdir:

"1. Suveren bərabərlik prinsipi;
2. Zor işlətməmək prinsipi;
3. Sərhədlərin toxunulmazlığı prinipi;
4. Dövlətlərin ərazi bütövlüyü prinsipi;
5. Mübahisənin dinc yolla həll olunması prinsipi;
6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi;
7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi;
8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;
9. Dövlətlər arasında əməkdaşlıq prinsipi;
10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.

Göründüyü kimi, Helsinki Yekun Aktını imzalayan və sonradan ona qoşulan dövlətlər yuxarıda sadalanan prinsipləri pozmayacaqlarına dair öhdəliyi öz üzərinə götürürlər. Lakin, 1992-ci ildən ATƏM-ə (daha sonra ATƏT) üzv olan Ermənistan faktiki olaraq Azərbaycana münasibətdə bu 10 prinsipin hamısını: suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini kobud şəkildə pozub.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu işğal altında saxlayan, Ermənistanda və zəbt edilən torpaqlarda yaşayan azərbaycanlılara qarşı zor tətbiq edən, milyondan çox həmyerlimizin qaçqın və məcburi köçkün olmasına səbəb olan işğalçı ölkənin bu əməllərinə hələ də beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməyib. Xüsusilə qeyd edilməli məsələlərdən biri də Ermənistanın xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipini uzun müddətdir ki, təhrif edərək öz xeyrinə istifadə etməyə cəhd etməsidir. Məsələ ilə bağlı Helsinki Yekun Aktında qeyd edilib ki, xalqların öz müqqəddəratını təyinetmə prinsipinin tətbiqi BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə ərazi bütövlüyünü pozmamaq, yəni ərazi bütövlüyünü zədələməmək şərti ilə həyata keçirilməlidir.

Buna baxmayaraq Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək, Dağlıq Qarabağdan bütün azərbaycanlıları zorla çıxardaraq xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında regionun hüquqi statusunu birtərəfli qaydada həll etməyə, işğalı legitimləşdirməyə uğursuz cəhdlər edir. Lakin bu ilin martın 31-də Dağlıq Qarabağda səhnələşdirdiyi seçkilərə münasibətdə olduğu kimi bütün dünya tərəfindən Ermənistanın bu qanunsuz cəhdləri rədd edilir və qəbul olunmur. Bu cəhdlər beynəlxalq ictimaiyyət tərəfindən Helsinki yekun aktının tələblərinə uyğun olaraq rədd edildikdə isə işğalçı ölkə ATƏT-in Minski Qrupu formatı çərçivəsində sülh danışıqlarını sabotaj etməyə, mövcud status-kvonunun qorunub saxlanmasına və Azərbaycana qarşı hərbi təxribatlar törətməyə başlayır.

Ermənistanın bu cür davranışının əsas səbəbi isə son 28 ildə onun cəzasız qalmasıdır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini indiyə kimi yerinə yertirməyən və Helsinki Yekun Aktının 10 prinsipindən 9-nu kobud şəkildə pozan Ermənistana qarşı beynəlxalq praktikaya və qaydalara uyğun olaraq hər hansı bir sanksiya tətbiq olunmursa və ya sülhə məcbur edilmirsə, o zaman beynəlxalq hüququn və 45 yaşı olan Helsinki Yekun Aktının dəyəri də heçə enir. Təəssüf ki, ATƏT-in təhlükəsizlik arxitekturasının acı və eyni zamanda gerçək reallığı hələlik bundan ibarətdir. Ona görə də mən Helsinki Yekun Aktının 45 illik yubileyi ilə bağlı heç kimi təbrik edə bilmirəm. Bunu çox istəsəm də...".


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34