Modern.az

İzmirdə gəmi batdı: 4 nəfər öldü

İzmirdə gəmi batdı: 4 nəfər öldü

2 Avqust 2020, 23:34

Türkiyədə İzmir şəhərinin Foça rayonunda kiçik gəmi batıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.

Məlumata görə, İzmirin Sahil Mühafizəsi Komandanlığından bildirilib ki, ölənlərdən ikisi uşaq olub, 8-9 yaşlarında olan digər bir uşaq isə itkin düşüb.

Məlumatda qeyd olunub ki, hadisə gəminin Foçadakı limandan yüklənmiş dəmirlə Atatürk adası sahillərinə qayıtdığı zaman baş verib, gəmi güclü küləyin əsməsi nəticəsində batıb. Ətrafda olan digər qayıqdakılar müdaxilə etsə də, batanları xilas etmək mümkün olmayıb. Özəl şəxsə məxsus olan 5 metrəlik gəmidə xilasedici gödəkçələrin olmadığı iddia edilir.

Hadisədən sonra qaçan gəmi sahibinin axtarışına başlanılıb, faktla bağlı araşdırma aparılır. (APA)

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...