Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

3 Avqust 2020, 22:09

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5 874 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 744 837 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 241  yeni yoluxma, 6 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 32 684 nəfər virusa yoluxub, 468 nəfər  ölüb, 27 760  nəfər isə sağalıb. Son sutka ərzində 647 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 456  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 259 nəfər müalicə alır, 62 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?