Modern.az

Deputatın maaşından tutublar

Deputatın maaşından tutublar

4 Avqust 2020, 15:27

“2019-cu ilin may ayında mer seçkiləri zamanında Marneuli seçki qərargahının  rəhbəri olduğum üçün, sessiyaların bir qismində iştirak edə bilmədim və qanuni olaraq maaşımdan müəyyən məbləğ tutuldu”.

Modern.az-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin azərbaycanlı deputatı, hakim “Gürcü arzusu” partiyasının üzvü Ruslan Hacıyev son günlər barəsində yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

 

R.Hacıyev qeyd edib ki, bu, heç kimi narahat etməməlidir:

“Parlamentin sessiyalarında çıxışımla bağlı onu deyə bilərəm ki, orada 21 deputatın adı çəkilir. Düşünürəm ki, ad və soyadları yaxşı oxumusunuz. Heç bir rayonda bu qədər ajiotaj yaradılmır. Sosial şəbəkələrdə yazılan rəylərdə yazanların adlarına baxıram, əksəriyyətinə dəstək olmuşam. İnanıram ki, onlar haqqında danışmağımı və adlarını çəkməyimi istəməzlər”.

 

Azərbaycanlı deputat yaxın günlərdə 4 illik fəaliyyətində gördüyü işlər barədə məlumat verəcəyini bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır