Modern.az

Beyrutdakı partlayışda ölü sayı 100-ü keçdi: 4 min yaralı var - YENİLƏNİB

Beyrutdakı partlayışda ölü sayı 100-ü keçdi: 4 min yaralı var - YENİLƏNİB

5 Avqust 2020, 10:10

Livanın paytaxtı Beyrutda partlayış zamanı ölənlərin sayı 100-ü keçib.

Modern.az xəbər verir ki, bu barədə yerli Qırmızı Xaç Cəmiyyəti məlumat verib. Yaralı sayının 4 mini keçdiyi bildirilir. Ölü və yaralılar xəstəxanada yer olmadığı üçün Beyrutdan kənarda yerləşən xəstəxanalara aparılır. 

 

Yerli xilasetmə qurumları yaralı və itkin düşmüş şəxslərlə bağlı yüzlərlə zəng aldıqlarını əlavə edib. 

 

00:36

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.


Məlumata görə, 3,7 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

 

23:54

 

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin limanında qeydə alınan partlayış pirotexniki vasitələrlə dolu gəmidə partlayışla əlaqələndirilir.

Hadisə zamanı 2750 nəfərin yaralandığı, şəhər xəstəxanalarının bütün yaralıları qəbul etmək iqtidarında olmadığı xəbər verilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər