Modern.az

“Bakubus” sürücü axtarır

“Bakubus” sürücü axtarır

Aktual

7 Avqust 2020, 16:39

Bakı Nəqliyyat Agentliyinin tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

 

Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri vardır.Belə ki;

 

Ø Əmək müqaviləsi əsasında işə qəbul;

Ø 2 növbəli, 8 saatlıq iş rejimi;

Ø Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat);

Ø Gələcək pensiya təminatı;

Ø Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə);

Ø Sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi;

Ø İl ərzində əmək məzuniyyətindən istifadə olunması;

Ø Sanatoriyalara göndərişlərin verilməsi;

Ø Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat;

Ø Xüsusi geyim forması ilə təminat.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır