Arxiv
9 Avqust 2020, 10:29 | AKTUAL
"Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat

Bu gün Belarusda prezident seçkiləri keçirilir. MDB PA xətti ilə Belarusa prezident seçkilərində beynəlxalq müşahidəçi qismində səfər edən Azərbaycan parlamentariləri seçkiləri müşahidə edirlər.

 

Deputat Kamran Bayramov Modern.az-a açıqlamasında vətəndaşların səsverməyə qatıldıqlarını bildirib:

 

“Səhər saat 8-dən bir neçə seçki məntəqəsində olduq. Vaxtından əvvəl səsvermənin izlənilməsi üçün bir sıra seçki məntəqəsinə baş çəkdik, səsvermənin gedişatını izlədik. İnsanlar səsverməyə gəlir. Səhər olmasına baxmayaraq, aktivlik müşahidə edirik. Hələlik, heç bir qanun pozuntusu aşkar olunmayıb”.

 

Azərbaycanlı müşahidəçinin sözlərinə görə, pandemiya səbəbindən insanların kütləvi axını tənzimlənir:

 

“Hər məntəqədə pandemiya ilə bağlı xəbərdarlıq lövhəsi vurulub. Səsverməyə gələnlərə tibbi maska verilir. Eyni zamanda, hər kəs sosial məsafəyə diqqət edir. Həmçinin dünən MDB İcraiyyə Komitəsinin Seçkilərə Müşahidə Missiyası çərçivəsində missiyanın qərargahında Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və MDB İcraiyyə Komitəsinin sədri ilə keçirilən görüşdə iştirak etdik”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov bu gün Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əşrəf Qəni İlham Əliyevi belə təbrik etdi: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Goranboyda fermer və sahibkarlarla birgə toplantı keçirilib   5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 DİM kolleclərə qəbulla bağlı yeni model haqda məlumat yaydı 5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56