Modern.az

İsraildəki aksiyada ravin Azərbaycan mahnısına rəqs etdi - VİDEO

İsraildəki aksiyada ravin Azərbaycan mahnısına rəqs etdi - VİDEO

Diaspor

9 Avqust 2020, 22:08

İsraildə azərbaycanlıların keçirdiyi dəstək aksiyası maraqlı anlarla yadda qalıb.

Modern.az  xəbər verir ki, aksiyada çıxış edənlər Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər.

 

Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. İştirakçılar Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər. Eyni zamanda Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Aksiyada səsləndirilən Azərbaycan milli mahnılarına Yəhudi ravin də rəqs edib.

Həmin anın videosu:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır