Arxiv
9 Avqust 2020, 22:40 | AKTUAL
İsraildə Azərbaycan ordusuna dəstək aksiyası keçirildı

İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinq keçirilib.

 

Modern.az xəbər verir ki, "İsraildə Azərbaycan Evinin" təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox Azərbaycan kökənli soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Yürüş-mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.

Bəyanatda bildirilib ki, "İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun Əlaqələndirmə Şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər.

Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itkilər veriblər.

 

"Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmaları SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, o dövrdə Azərbaycan ordusunun hələ formalaşmadığı məqamdan sui-istifadə edərək, bütün dünyadan – Livan, Suriya və digər ölkələrdən başkəsən erməni silahlılarını toplayaraq, Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər", - deyə vurğulanıb.

 

Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər: "Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38