Modern.az

Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI

Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI

10 Avqust 2020, 10:47

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Təhlükəsizlik Şurasının iclasını çağırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım Türkiyə ordusunun Yunanıstana məxsus Rodos və Kastelorizo adalarının arasındakı ərazidə hərbi təlim keçirməsi ilə bağlıdır.

 

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq iclas Maksim Sarayında baş tutacaq. Yunanıstan ordusunun türklərin təliminə görə döyüşə hazır vəziyyətə gətirildiyi və bütün hərbçilərin ezamiyyətinin ləğv olunduğu əlavə olunub.

 

İki ölkə arasındakı gərginlik Yunanıstan və Misir arasında dəniz sərhədlərinin müəyyənləşməsi barədə müavilə imzalaması və Türkiyənin Aralıq dənizində Yunanıstanla mübahisəli ərazidə qaz yatağında kəşfiyyat işlərinə başlaması səbəb göstərilir.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı