Modern.az

Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək

Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək

11 Avqust 2020, 18:45

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.

 

Modern.az xəbər verir ki, italiyalı mütəxəssis "Azersun Arena"da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.

 

64 yaşlı baş məşqçi daha əvvəl "Bank Respublika Arena"da "Sabah" - "Qəbələ" oyununa (2:0) baxıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı