Modern.az

Türkiyə hərbi təyyarəsi Livanda

Türkiyə hərbi təyyarəsi Livanda

Dünya

12 Avqust 2020, 00:13

Türkiyədən Livana tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

Modern.az xəbər verir ki, yardımın daşındığı Türkiyəyə məxsus hərbi karqo təyyarəsi Livanın paytaxtı Beyrut şəhərinə enib.

Xatırladaq ki, avqustun 8-də Türkiyənin vitse-prezidenti Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil olunduqları rəsmi heyətin Beyrut şəhərinə səfəri zamanı burada baş vermiş dəhşətli partlayışdan sonra Türkiyədən Livan xalqına hərtərəfli yardımın ediləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardım aparıb, orada səhra xəstəxanası qurub. Bundan başqa, bölgədə Türkiyəyə məxsus xilasedici dəstə, təcili tibbi yardım briqadası fəaliyyət göstərir.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir