Modern.az

Azərbaycanlı dənizçilər Beyrut limanındakı partlayışdan necə sağ çıxdı... - DETALLAR

Azərbaycanlı dənizçilər Beyrut limanındakı partlayışdan necə sağ çıxdı... - DETALLAR

Dünya

13 Avqust 2020, 16:02

Beyrut limanında azı 173 nəfərin əhlak olduğu partlayışla bağlı maraqlı məqam üzə çıxıb.

Modern.az xəbər verir ki, “Palmali” şirkərinə məxsus “Kapitan Nağdəliyev” tankerinin 12 nəfərlik gəmi heyəti də partlayışın episentrində olub. 10 Azərbaycan əv 2 Rusiya vətəndaşından ibarət gəmi heyəti gəminin içərisində partlayışdan qorunsa da, partlayış tankerin tavanını çökməsinə səbəb olub.

Partlayışdan sonra sahilə çıxarılan dənizçilər hazırda tankerin göyərtəsinə qaytarılıblar. Mayın 12-də Rostovdan Livanın Beyrut limanına gələn tanker yüklər boşaldılandan sonra Livan məhkəməsinin qəüarı ilə həbs olunub.

 

Səbəb "Palmali” şirkətinin Estoniya şirkətinə yanacağa görə 252 min dollar dəyərində borclu olmasıdır. Bundan başqa, şirkərt gəmi heyətinə də 200 min dollar məbləğində əmək haqlarının ödəməlidir.

Malta bayrağı alıtnda üzən gəmidə kapitanın baş köməkçisi çalışan Dmitri Qudkovski 2019-cu il avqusutun 7-dən gəminin göyərtəsini tərk etmir. Onun sözlərinə görə, “Palmali” şirkəti vəd etdiyi əmək haqqını bu günə qədər ödəməyib.

O, gəmidə içməli su və dizel ehtiyatının kritik səviyyəyə düşdüyünü bildirib.

 

“Palmali” şirkətinin “Kapitan Nağdəliyev” tankeri ilə yanaşı, Misirdə 16 ayıdr ki, 420 min dollar borca görə barəsində həbs qoyulan “Ağdaş” tankeri (heyəti 5 Rusiya və 9 Azərbaycan vətəndaşı) və İstanbul yaxınlığındakı Yalova limanında təmirə dayandırılmış “Caspian Mariner” tankerinin heyətinə də ödəniş etməyib.

 

Bu ilin 17 martında FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu Palmali Holding Company Limited şirkəti müflis elan edilib. İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyub. Şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır