Modern.az

“100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi

“100 məhkum cəzadan tamamilə azad edilib” - Ədliyyə Nazirliyi

13 Avqust 2020, 20:41

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib. 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi