Arxiv
14 Avqust 2020, 15:32 | AKTUAL
İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir - Malik Həsənov

Cənab Prezident İlham Əliyevin Rusiyanın Ermənistana silah verməsi ilə bağlı Rusiya lideri Vladimir Putinə zəng etməsi və bunu ciddi şəkildə müzakirə predmetinə çevirməsi bir daha təsdiqləyir ki, dövlət başçısı bütün istiqamətlərdə və səviyyələrdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Malik Həsənov Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi və Rusiyadan Ermənistana silah göndərilməsinə etirazını bildirməsi ilə bağlı danışarkən deyib.

 

Millət vəkili qeyd edib ki, iyulun 17-dən bu günə kimi Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınmasının ciddi narahatlıq yaratdığına diqqət çəkib:

 

“Bu hərbi yüklərin daşınmasına Ermənistanın Tovuz təxribatını törətməsindən 5 gün sonra start verilib. Bu özü artıq ciddi məqamdır, nəzərə alaq ki, 17 iyulda Ermənistan sərhəddə təxribatlarına davam edirdi. Üstəlik, heç bir müqavilədə göstərilməyən, mahiyyəti bəlli olmayan bu hərbi yüklərin İrəvana hədiyyə edildiyinə heç bir şübhə yoxdur. Bu isə Rusiyanın Ermənistanın təxribatı zamanı göstərdiyi siyasi mövqe ilə heç bir halda üst-üstə düşmür və əlbəttə ki, Azərbaycanın haqlı narazılığına səbəb olur”.

 

M.Həsənov qeyd edib ki, Rusiyanın Ermənistana vaxtaşırı olaraq külli miqdarda silah-sursat hədiyyə etməsini biz son onilliklərdə müşahidə etmişik:
“Xatırlayırsınızsa, 2000-ci illərdə Ermənistana həmin dövr üçün olduqca böyük rəqəm sayılan bir milyard dollarlıq silah-sursat vermişdi və bunun Ümummilli lider Heydər Əliyev ən yüksək tribunalardan elan edərək, bu münasibətin Ermənistanın aqressiyasını daha da artırdığına, Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə və bir milyondan artıq qaçqının hüquqlarının pozulmasının davam etməsinə təsirini bildirmişdi. Həmin zaman Prezident Heydər Əliyevin Rusiya səfiri ilə bunu müzakirəsi də yəqin ki, hamının xatirindədir.

 

Təəssüf ki, aradan bu qədər zaman keçəndən, Rusiya-Azərbaycan münasibətlərində xüsusi inkişaf əldə olunandan, üstəlik, Ermənistanın xarici siyasətində Qərbə inteqrasiya kursu başlayandan sonra yenidən bu hal müşahidə olunur. Əlbəttə ki, bu, həm Rusiya-Azərbaycan münasibətlərinin indiki ruhuna uyğun deyil, üstəlik, Ermənistanın təxribatçı hərəkətlərinə, hərbi cinayətlərinə Rusiya hakimiyyətinin verdiyi düzgün siyasi qiymətlə üst-üstə düşmür”.

 

Millət vəkili bu bir ay ərzində Rusiya, xüsusilə Prezident Putinin ünvanına Ermənistan politoloqlarının, siyasətçilərinin və mediasının işlətdiyi ifadələrə diqqət çəkib:

 

“Erməni mediasını izləyənlər yaxşı bilir ki, son bir ayda xüsusilə Rusiyaya qarşı Ermənistanda baş nazir Nikol Paşinyanın planı əsasında böyük kampaniya başlayıb və şəxsən cənab Vladimir Putinin ünvanına olduqca ağır ifadələr işlədilir, onu təhqirlər manşetlərə danışır. Hətta Rusiyanın informasiya məkanında söz sahibi olan şəxslərin buna görə Ermənistan media quruluşlarına, politoloqlarına cavabları haqda da hamı məlumatlıdır. İş o yerə çatdı ki, Rusiya hakimiyyətinin əsas təbliğatçılarından olan Marqarita Simonyan bunlara görə Ermənistan hakimiyyətinə aşağılayıcı tərzdə cavab verməyə məcbur oldu. Bunun qarşılığında Rusiya hərbi dairələrinin Ermənistana yüz tonlarla hərbi yük daşıması, təxribatçı ölkəni gizli şəkildə hərbi baxımdan dəstəkləməsi anlaşılmazdır”.

 

Millət vəkili onu da bildirib ki, Rusiyada Prezident Putinin mövqeyindən fərqli maraqlar da var və hakimiyyətdə kifayət qədər ermənipərəstlər təmsil olunur:

 

“İstənilən halda bütövlükdə bu addımların məsuliyyəti nəticə etibarilə Rusiya hakimiyyətinin üzərinə düşmüş olur və bu ölkənin beynəlxalq mövqeyinə ciddi şəkildə təsir edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasına bitərəf mövqeyi ilə önəmli töhfələr verə bilər. Ancaq biz tamamilə fərqli mövqe müşahidə edirik. Belə olan halda Minsk Qrupunun fəaliyyətinin ədalətli olacağını gözləməyə dəyərmi? ATƏT MQ 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə zidd olaraq, faktiki status-kvonun saxlanılmasına çalışır. Minsk Qrupu faktiki olaraq üzərinə götürdüyü funksiyanı yerinə yetirə bilmir və mütləq şəkildə buraxılmalı, yenidən təşkil edilməlidir. Və əlbəttə ki, Minsk Qrupunun həmsədrlərindən biri bu qurumun üzvü olan Türkiyə olmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00