Modern.az

ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi 

ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi 

Aktual

14 Avqust 2020, 17:12

ABŞ hökuməti ilk dəfə olaraq İrandan Venesualaya tankerlərlə aparılan yanacağı müsadirə idib. Modern.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Birləşmiş Ştatlar “Luna”, “Pandi”, “Bering” və “Bella” tankerlərini ələ keçiriblər və hazırda gəmilər Texas ştatının Hyuston şəhəri sahillərinə istiqamət alıblar. Gəmilərin saxlanması ilə bağlı ətraflı məlumat verilməsə də, Vaşinqtonun hərbi güc tətbiq etmədiyi bildirilir. Nəşrin qeyd etdiyinə görə ABŞ-ın Ədliyyə Nazirliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Bununla yanaşı, “Associated Press” informasiya agentliyi yüksək vəzifəli məmura istinadən xəbər verir ki, gəmilər fiziki olaraq müsadirə edilməyib. Çox güman ki, ABŞ hökuməti gəmi sahiblərini, sığortaçıları və tanker kapitanalarını artıq ABŞ-ın əmlakına çevrilmiş yüklərini təhvil vermək üçün sanksiyalarla hədələyib.

Amerika prokurorluğunun məlumatına görə Venesuelaya dörd gəmidə 1,1 mln barrel benzin daşınırmış. Tankerlər Venesuelaya gedib çatıbyablar, sonradan isə onlardan ikisi Kabo-Verde ətrafında görünüb.                 

İranın Venesueladakı səfiri Hocat Soltani nə gəmilərin, nə də onların sahiblərinin İrana məxsus olmadığını bəyan edib.

İyunun əvvəllərində Amerikanın Maliyyə Nazirliyi bir neçə şirkət və xam neft daşıyan tankerlər də daxil olmaqla Venesuelaya qarşı tətbiq edilən sanksiyaların siyahısını artırmaq göstərişi verib. İyulun 2-də isə nazirlik sanksiyalar siyahısından “Adamant Maritime”, “Sanibel Shiptrade”, “Delos Voyager Shipping”  və “Romina Maritime” şirkətlərinin adını çıxardıb. Eyni zamanda, bu şirkətlərin tankerlərinə qoyulan məhdudiyyətlər də götürülüb.

Xatırladaq ki, martın sonunda ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuela rəhbərliyinə gələcək sanksiyaları da ləğv etmək məqsədilə ölkədə böhranı aradan qaldırmaq üçün müvəqqəti hökumət yaratmağı təklif etmişdi. Karakas Vaşinqtonun bu təşəbbüsünə qarşı çıxmışdı. Moskva da belə ultimatumları və siyasi təzyiq vasitələrini dəstəkləmədiyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu